2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

Həbsdəki sabiq icra başçısı: “Verdiyim sərəncamlar qanunsuzdursa, niyə ləğv eləmirlər?”

Adı rüşvət almaqda hallanmasına baxmayaraq, Cəmil Musayev hələ də baş mühasib işləyir

Həbsdə olan sabiq icra başçılarından uzun illər İmişli rayonuna rəhbərlik etmiş Vilyam Hacıyevin məhkəməsi yekunlaşmaq üzrədir. Məhkəmə prosesində sənədlərin tədqiqi mərhələsidir.

Saytların yığılması Saytlarin yigilmasi

İyunun 17-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Paşayevin sədrliyilə keçirilən məhkəmə iclasında İmişli rayonunda sosial baxımdan həssas təbəqə üçün tikilən evlərin paylanması məsələsilə bağlı sənədlər elan edilib.

Vilyam Hacıyevə qarşı ittihamlardan biri budur ki, tikilən binada mənzillər rüşvət hesabına satılıb. İmişli Rayon İcra Hakimiyyətinin başçısı sosial-kirayə müqavilələrinin bağlanması, torpaq sahələrinin icarəyə verilməsilə bağlı qanunsuz sərəncamlar imzalayıb. Bütün bunlar da rüşvət hesabına baş verib.
Sabiq icra başçısının vəkili Elmar Kərimov sərəncamlarla bağlı məsələyə etiraz edib. Vəkil bildirib ki, məhkəmədə heç bir şahidin sərəncam almaq üçün pul verdiyini demədi.

Vilyam Hacıyev özü də imzaladığı sərəncamların qanuni olduğunu iddia edib:

“Əgər o, sərəncamlar qanunsuzdursa, niyə iddia qaldırıb ləğv eləmirlər?”.

İmişli Rayon İcra Hakimiyyətinin baş mühasibi, məhkəmə prosesin boyunca adı vətəndaşlardan rüşvət almaqda hallanan Cəmil Musayevin dəftəri də iş materialları arasındadır. Orada vətəndaşlardan alınan pulların məbləğləri əksini tapıb.

Vəkil Elmar Kərimov baş mühasibin qeyd dəftərinin rəsmi sənəd kimi qəbul olunmasına etiraz edib.

“Cəmil Musayev 2017-ci ildən özü qeydlər aparıb. Onun hazırladığı qeyd dəftəri rəsmi sənəd hesab oluna bilməz. Sənədin altında möhür, imza olur. Cəmil Musayev düzgün adam idisə, qanunsuz işlər aparılmasıyla bağlı vaxtında hüquq- mühafizə orqanlarına müraciət edərdi…”, – vəkil bildirib.

Müdafiəçi pulları Cəmil Musayevin özünün aldığını vurğulayıb:

“Bu adamın evində axtarış aparılmayıb, pulları hara qoyması araşdırılmayıb”.

Hakim bununla bağlı məsələyə hüquqi qiymət veriləcəyini deyib.

Cəmil Musayev özü də məhkəmədə təsdiqləyib ki, vətəndaşlardan rüşvət alırdı. Lakin o, həmin vəsaiti icra başçısına çatdırdığını iddia edib.

Vilyam Hacıyev isə onun dediklərini təkzib edib.

Adı rüşvət almaqda hallanmasına baxmayaraq, Cəmil Musayev hələ də icra hakimiyyətində baş mühasib vəzifəsində çalışır.

Məhkəmədə elan edilən sənədlərdən o da məlum olub ki, Vilyam Hacıyevin İmişli rayonundakı evinə baxış zamanı oradan 10 min manat pul götürülüb.

Məhkəmə prosesi iyunun 20-də davam edəcək.

Vilyam Hacıyev 2020-ci ilin mayında Dövlət Təhlükəsizliyi Xidməti (DTX) əməkdaşlarının İmişli Rayon İcra Hakimiyyətində keçirdiyi əməliyyat nəticəsində həbs olunub. O, uzun müddət DTX-nın istintaq təcridxanasında saxlanılıb. Məhkəmə başlayanda Bakı İstintaq Təcridxanasına köçürülüb. Sabiq icra başçısı bir müddət əvvələ qədər Müalicə Müəssisəsində saxlanılırdı.

Vilyam Hacıyev Cinayət Məcəlləsinin 179.4 (xüsusilə külli miqdarda mənimsəmə), 311 (rüşvət alma) və başqa maddələrilə ittiham olunur.

Vilyam Hacıyev Cinayət Məcəlləsinin 179.4 (xüsusilə külli miqdarda mənimsəmə), 311 (rüşvət alma) və başqa maddələrilə ittiham olunur.

O, 2004-2006-cı illərdə Göygöl rayonunun, 2006-2012-ci illərdə Samuxun, 2012-2020-ci illərdə isə İmişlinin icra başçısı vəzifəsində çalışıb.

Vilyam Hacıyevin həbsindən sonra DTX onun evindən, qarajından qutularda milyonlarla manat, xarici valtitada pulların, müxtəlif maşınların çıxmasını əks etdirən görüntülər yayımlamışdı.

Vilyam Hacıyev özünü təqsirli bilmir, ittihamların şər-böhtan olduğunu, sifarişlə həbs edildiyini bildirir.

Azərbaycanda icra başçılarının həbs dalğası 2019-cu ilin dekabrından başlayıb. İlk həbs edilənlər Ağstafa rayonunun icra başçısı Nizaməddin Quliyev və Yevlaxın sabiq icra başçısı Qoca Səmədov olub. 2020-ci ilin ilin fevralında Neftçalanın, mayda isə Biləsuvarın və İmişlinin icra başçısı həbs edildi. Ardınca Kürdəmir, Cəlilabad, Şəmkir rayonlarında da eyni əməliyyatlar həyata keçirildi.

Meydan TV

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button