Loading...
Loading...
Cəmiyyət

Həcc ziyarətinin qiyməti… 5 350 dollara qalxdı

Bu il Azərbaycana Həcc ziyarəti üçün 680 nəfərlik kvota ayrılıb.

Bu barədə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Xarici Əlaqələr şöbəsinin müdiri Vüsal Cahangiri məlumat verib.

O qeyd edib ki, Həcc ziyarətinin qiyməti 5 350 ABŞ dolları müəyyən olunub:

“Ziyarət səfərinin iyunun 24-dən iyulun 20-nə qədər həyata keçirilməsi planlaşdırılır. Həcc ziyarətinə gedənlər Səudiyyə Ərəbistanı Krallığına daxil olmazdan 72 saat əvvəl PCR test verilməlidir. Bundan başqa, iki doza vaksin tələb olunur. 30.06.1957 təvəllüddən aşağı olan şəxslərin Həcc ziyarətinə icazə verilmir”.

QMİ nümayəndəsi bildirib ki, sabahdan, mayın 25-dən Həcc ziyarətinə gedən şəxslər üçün sənəd qəbuluna başlanılır:

“Prosesin iki həftə ərzində yekunlaşması planlaşdırılır”.

Xatırladaq ki, Həcc ziyarətini Azərbaycanda Qafqaz Müsəlmanları İdarəsi təşkil edir.

Son iki ildə koronavirus pandemiyası səbəbindən Azərbaycandan Həcc ziyarətinə gedən olmayıb.

Builki qiymət 2020-ci ilki müvafiq rəqəmdən 860 dollar çoxdur. Həmin vaxt Həcc ziyarətinin qiyməti 4 490 dollar müəyyən edilmiş, lakin pandemiya səbəbindən ziyarət ləğv edilmişdi. (Report)

24 saat” “Həcc ziyarətinin qiyməti… 5 350 dollara qalxdı” başlıqlı yazını “Pressklub”a istinadən dərc edib

Xeberler

Gözdən qaçırmayın:  Bir icra başçısı... Vilyam Hacıyevin evindən və iş yerindən 6,3 milyon manat götürülüb

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button