2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
CəmiyyətOxucular yazır

Həkim adının və andının təminatçısı – AKİF ƏLİYEVƏ təşəkkür əvəzi!

Oxucu Məktubu

Azərbaycanda bütün sahələrdə olduğu kimi səhiyyə sferasında da qloballaşan dünya səhiyyəsinə inteqrasiya etməyə çalışır. Qısaca onu deyək ki, səhiyyənin başlıca problemlərindən biri olan modern tələblərə cavab verən kadrlarla bağlı problem bu gün minimuma enməkdədir.

Hazırda “Hippokrat andı”na sadiq, bəşəri dəyərləri maddiyyatdan üstün tutan, xalqın “loğman” adlandıra biləcəyi həkimlər vətəndaş-dövlət münasibətlərində ümdə körpü rolunu oynamaqdadır.

Belə həkimlərdən biri də, Əliyev Akif Həmid oğludur. Akif Əliyev 1964-cü ildə Bakının Şüvəlan qəsəbəsində doğulub. 1983-cü ildən Mərdəkan qəsəbəsində yerləşən 26 saylı xəstəxanada tibb-qardaşı kimi fəaliyyətə başlayan Akif Əliyev həkim kimi 1987-ci ildən etibarən Novxanı kəndində fəaliyyətə başlayıb. O, hazırda 15 saylı birləşmiş Şəhər Xəstəxanasının poliklinikasında uşaq həkimi kimi ümidsiz ailələrə sevinc bəxş edir.

Saytların yığılması Saytlarin yigilmasi

Onunla şəxsən tanışlığım yoxdur. Sadəcə eşitdiklərim və gördüklərim məndə Akif həkim barədə bu qənaəti formalaşdırıb.  Bu günlərdə qonşularımdan birinin nəvəsi xəstələnmişdi. Xeyli müddət idi ağsaqqalı həyətdə bikef görürdüm. Səbəbini soruşduqda dedi ki, özəl klinikalarda nəvəsinin hərarətini saldıra bilən, onu normal müalicə edən həkim tapa bilmir. Hara aparırsa oxunması mümkün olmayan, özü də od qiymətinə bir resept yazıb başdan edirlər. Dediyinə görə uşağın venaları, əzələləri dəlmə-deşik olub, amma sağalmır ki, sağalmır.

Akif Əliyev

Ondansa yerli poliklinikalara müraciət edin deyib uzaqlaşdım. Təxminən on gün sonra qonşum məni görər-görməz yaxınlaşıb təşəkkür etdi. Səbəbini soruşduqda nəvəsini xatırlatdı. Sən demə, ağsaqqal məndən ayrılıb Qaraçuxurdakı yerli poliklinikaya zəng vurub və acil çağırış edib. Xoşbəxtlikdən çağırışa Akif həkim gəlib və  uşağın müalicəsi uğurlu nəticələnib. Qısa müddət sonra uşaq tam sağalıb. Özü də baha olmayan dərmanlar və təbii dərman bitkiləri ilə. Gözümün qarşısında baş verən bu olay Akif Əliyevin peşəkarlığını önə çıxardan faktdır. Amma daha bir fakt da var – qonşum deyir ki, Akif doktor uşağa müalicə yazandan sonra, demək olar ki, hər gün zəng vurub onun səhhəti ilə maraqlanırmış. “Hər gün səhər, günorta, axşam mobil telefonunun konturunu xərcləyərək zəng vurur, uşağı soruşur, məsləhət və tövsiyyələrini verirdi.  Öz övladı, əzizi kimi yanaşırdı”, – qonşum deyir.

Akif Əliyev

Qonşumun söylədikləri maraqlı gəldi. İndiki dövrdə öz peşəsini layiqincə yerinə yetirən, peşəkarlığı ilə yanaşı yüksək insani keyfiyyətə malik bu həkimlə maraqlanmağa başladım. Məlum oldu ki, pandemiyanın ağır vaxtlarında da andına sadiq çıxaraq, modul tipli xəstəxanada şəfa dağıdan Akif Əliyev nəinki pasientləri ilə telefonla əlaqə saxlayıb maraqlanır, hətta bəzi hallarda onlara evində baş çəkir və bütün bunlar əlbəttə ki, hansısa təmənna qarşılığında baş vermir.

Akif Əliyev kimi insanlar bu ölkənin gələcəyi ilə bağlı ümidləri artırır. Peşəkar və vicdanlı həkimlər, müəllimlər, polislər, jurnalistlər və s. müxtəlif peşə sahibləri az deyil. Onların qiymətini bilmək, tanıtmaq, nümunə göstərmək lazımdır ki, mənfi tonda deyilən “bütün həkimlər belədir”, yaxud “bütün müəllimlər belədir” kimi az qala doqmalaşmış, eyni zamanda mənfi əməllərinə haqq qazandıranlar üçün arqumentə çevrilmiş bu tip fikirlər aradan qalxsın!

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button