2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

Həlak olan hərbçilərin valideynləri Prezident Administrasiyasının qarşısında etiraz edirlər

Bakı/15.02.22 Müxtəlif vaxtlarda həlak olan hərbçilərin valideynləri bu gün Prezident Administrasiyasının qarşısında aksiya keçiriblər. Onlar həlak olanlara “şəhid”  statusunun verilməsini tələb edirdilər.

“Deyirlər ki, özü- özünü vurub. Ona görə şəhidlik statusu verilmir. Mənim oğlum 1 il, 6 ay Murovdağda xidmət edib, 44 günlük müharibədə iştirak edib, medalla təltif olunub. Tərxisə 6 gün qalmış dedilər ki, özü- özünü vurub”, -aksiya iştirakçılarından biri deyib.

Valideynlər bildiriblər ki, bütün instansiyalara müraciət ediblər, amma nəticəsiz qalıb. Etirazçıları Prezident Administrasiyasına söhbətə dəvət ediblər.

Saytların yığılması Saytlarin yigilmasi

Aksiya zamanı reportyorlar Fatimə Mövlamlı və Sevinc Sadıqova saxlanılıb.

Daxili İşlər Nazirliyindən Turan agentliyinə bildiriblər ki, jurnalistlərin saxlanması barədə məlumat yoxdur. -06B-

 

24 saat” “Həlak olan hərbçilərin valideynləri Prezident Administrasiyasının qarşısında etiraz edirlər” başlıqlı yazını “Turan”a istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button