Siyasət

Həmid Həmidov: “Azərbaycanın atdığı addım mülki şəxslərə yox, qeyri-qanuni rejimə qarşı yönəlib”

“Ermənistanın bütün son əməlləri, təxribatları, qanunsuz qüvvələrin Azərbaycanın Qarabağ bölgəsində cəmləşməsi hazırda Azərbaycan Silahlı Qüvvələrinin həyata keçirdiyi antiterror tədbirlərini qaçılmaz edirdi”.

“Report” xəbər verir ki, bunu “Global Media Group”un media direktoru Həmid Həmidov CBC telekanalının efirində deyib.

Onun sözlərinə görə, bütün bunlar separatizmə və Azərbaycanın suveren ərazisindəki qeyri-qanuni rejimin fəaliyyətinə tamamilə son qoymağa imkan verəcək.

“Eyni zamanda, qeyd etmək istəyirəm ki, Azərbaycan Silahlı Qüvvələrinin fəaliyyəti heç bir halda Xankəndidə və onun ətrafında yaşayan dinc əhaliyə qarşı yönəlməyib”, – H.Həmidov vurğulayıb.

Mənbə:Report

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button