2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏSiyasət

‘Həmin şəxslər bir çox məsələləri bilir’

2005-ci ildən Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti vəzifəsini tutan Rövnəq Abdullayev dünən, fevralın 10-da İqtisadiyyat nazirinin müavini təyin edildi. İqtisadiyyat nazirinin müavini isə SOCAR prezidenti vəzifəsini icra edəcək.

Saytların yığılması Saytlarin yigilmasi

Azərbaycanda son illər belə yerdəyişmələr tez-tez həyata keçirilir. İcra başçılarının yerləri dəyişir, bir şəxs ardıcıl bir neçə nazirliyin başına gətirilir…

1965-ci ildə doğulan Rövnəq Abdullayev SOCAR yolunu “Neft Daşları”, “28 May” Neft-Qaz Çıxarma İdarəsindən (NQÇİ) başlayıb. 1997-ci ildən karyerası yüksəlib: SOCAR-ın Xəzər Neft-Qaz Tikinti Trestinin direktoru, 2003-cü ildən Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunun direktoru, 2005-ci ildən SOCAR-ın prezidenti təyin edilib…

SOCAR-ın yeni təyin edilən prezident əvəzi Rövşən Nəcəfin isə cəmi 40 yaşı var. 2020-ci ilin fevralından Azərbaycan iqtisadiyyat nazirinin müavini olub, 2021-ci ilin yanvarından isə SOCAR-ın Müşahidə Şurasına daxil olub. O, 2003-2007-ci illərdə Azərbaycan İqtisadiyyat Nazirliyində çalışıb, 2008-2009-cu illərdə SOCAR-ın İnvestisiya Departamentinin investisiya müqavilələri şöbəsinin rəisi olub. 2010-2018-ci illərdə “Azərbaycan İnvestisiya Şirkəti” ASC-yə rəhbərlik edib, 2019-cu ildə Azərbaycan Maliyyə Monitorinqi Xidmətinə rəhbərlik edib.

2018-ci ilin noyabrın 23-də Prezident İlham Əliyev “Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafına dair 2019−2025-ci illər üçün Strategiya”nın təsdiq edilməsi haqqında sərəncam imzalayıb. Sənəddə qeyd edilir ki, dövlət qulluqçularının potensialından səmərəli istifadə, xidməti və peşəkarlıq səviyyəsinin artırılması məqsədilə dövlət qulluqçularının rotasiyası həyata keçirilməlidir…

Milli Məclisin deputatı Aydın Mirzəzadə “Turan”a bildirib ki, SOCAR-a yeni təyin edilən şəxsin cavan olmasına baxmayaraq, zəngin həyat təcrübəsi var: “İqtisadiyyatın müxtəlif sahələrində işləyib, xaricdə təhsil alıb, Prezident Administrasiyasının şöbə müdiri vəzifəsini yerinə yetirib. Bu baxımından Azərbaycan iqtisadiyyatının əsas sahəsi sayılan neft sektoruna onun rəhbər təyin edilməsi məntiqlidir”.

Onun fikrincə, bütün sahələrdə yeni baxış, yeni kadrlar lazımdır: “Bu baxımından onun təyinatını uğurlu hesab edirəm. İnanıram ki, cənab prezidentin yüksək etimadını doğruldacaq”.

A.Mirzəzadə bu son təyinatı siyasi rotasiya hesab etmir: “Çünki bunlar siyasi vəzifə deyil və iqtisadi sahədə komanda postlarıdır”.

İcra hakimiyyətləri başçılarının yerlərinin dəyişdirilməsinə gəlincə isə, deputatın sözlərinə görə, bu, bütün dünyada baş verən bir prosesdir: “Yerlərdə özünü yaxşı göstərmiş kadrların digər bölgələrə göndərilərək öz təcrübə və bacarıqlarını orada göstərmələrinə şərait yaradılır”.

İctimai fəal Bəxtiyar Hacıyev isə AzadlıqRadiosuna bildirib ki, siyasi yerdəyişmələrin iki tərəfi var: “Biri təyin olunan, biri vəzifədən azad olunan. Aydın məsələdir ki, təyin olunan şəxsə daha çox səlahiyyətlərin verilməsi və daha çox etibar edilməsi təyinatda əsas rol oynayır”.

Onun fikrincə, vəzifədən çıxarılan şəxsi başqa vəzifəyə ona görə təyin edirlər ki, siyasi olaraq hər bir şəxsi birdən-birə narazı salmaq istəmirlər: “Həm də nəzərə alırlar ki, həmin şəxslər bir çox məsələləri bilir. Bir müddət sonra isə həmin şəxsləri tamamilə dövlət idarəçiliyindən kənarlaşdırırlar”.

Lakin, onun sözlərinə görə, hərdən elə vəziyyət olur ki, vəzifədən kənarlaşdırılan şəxs beynəlxalq müqavilələrin detallarını bilir, danışıqlar aparır və buna görə də onu birdəfəlik kənarlaşdıra bilmirlər.

Təyinatların effektivliyinə gəlincə isə, B.Hacıyev xüsusi bir dəyişiklik gözləmir: “Çünki bundan əvvəl də struktur islahatları adı altında dövlətin dəstəklədiyi bir çox şirkətlərdə rəhbər dəyişiklikləri olub, amma biz onların effektivliyində nəzərə çarpan dəyişiklik görməmişik”.

Müstəqil Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban isə xatırladıb ki, bir neçə il əvvəl prezident yanında keçirilən müşavirədə bir sıra qurumlarla yanaşı, bu şirkətin də fəaliyyəti tənqid edilib. Daha sonra 2020-ci ilin noyabrında şirkət Azərbaycan İnvestisiya Holdinqinə verilib: “Əlbəttə ki, təkcə kadr dəyişikliyi ilə SOCAR-da vəziyyəti dəyişmək olmaz”.

Ekspert qeyd edib ki, SOCAR-da islahatlar yumşaq gedir: “SOCAR-da tədricən aparılan dəyişikliklər faktiki olaraq cəmiyyətimizi ona hazırlayır ki, tezliklə ölkədə neft az olacaq və Azərbaycanın 30 illik müstəqilliyi ərzində alışdığı nəhəng neft gəlirləri olmayacaq”.

SOCAR 1992-ci ildə yaradılıb. O, Azərbaycan ərazisindəki neft və qaz yataqlarının axtarışı, kəşfiyyatı, işlənməsi üzrə fəaliyyət göstərir. Habelə, onların xarici bazarlarda satışı, ölkə ərazisində sənayenin və əhalinin təbii qazla təchizatı ilə məşğul olur.

Mənbə: AzadlıqRadiosu
“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button