2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Manşet

Həmkarından Vidadi Zeynalova ittiham

“Rabitə işi” ilə bağlı dünənki məhkəmə prosesində Rabitə və İnformasiya Texnologiyaları Nzirliyinin sabiq aparat rəhbəri Vidadi Zeynalov digər digər təqsirləndirilən şəxs, “Optik Rabitə, Tikinti və Quraşdırma” MMC-nin direktoru Namazalı Məmmədov tərəfindən ittihamlara məruz qalıb. Doğrudur, Namazalı Məmmədov konkret ad çəkməyib. Amma onun Vidadi Zeynalovu nəzərdə tutduğu aydın sezilir. Namazalı Məmmədov: ”Yəqin ki, kiminsə yastığının altında varı, mülkü var. Verib canını qurtarır. Kimin yoxdursa , bizim kimi barmaqlar arxasında çürüyür. Mən bilsəydim ki, mənim elədiyim yaxşılıqlar nəzərə alınmayacaq, pulumu yığardım yastığımın altına. İndi də 70-ci maddənin nəticəsini gözləyərdim”.
Qeyd edək ki,bir neçə gün əvvəl yayılan məlumatda Vidadi Zeynalovun dəymiş zərəri ödədiyi bildirilirdi. Görünür, onunla birgə həbs edilənlər sabiq aparat rəhbərinin azadlığa çıxacağı barədə məlumatlıdırlar. Bu baxımdan da son sözlərdə müəyyən eyhamlar vurulur.
Məlumat üçün deyək ki, Vidadi Zeynalov Rabita və Yüksək Texnologiyalar Nazirliyinin aparat rəhbəri olsa da, keçmiş nazir Əli Abbasov belə onunla hesablaşmaq məcburiyyətində olub. Bunun kökündə isə Vidadi Zeynalovun keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudova yaxınlığı dayanıb. Elə onun həbsi də “MTN işi” ilə bağlı araşdırmalr nəticəsində baş tutub. Həmçinin Əli Abbasov tutduğu vəzifədən azad ediləndə məlumat yayılmışdı ki, o, Vidadi Zeynalovdan ehtiyat edərək baş verənlər barədə prezidentə məruzə etmədiyinə görə işini itirib.
24saat.org

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button