2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Cəmiyyət

Hərəkətsiz avtomobil 110 sürətlik radara “düşdü” — FOTOFAKT

Avtomobilin sürücüsünə 150 AZN-lik cərimə protokolu gəlib

Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən növbəti dəfə sürücüyə səhv protokol göndərilib.
Bakı-Astara şosesində yolun sağ kənarında dayanmış və arxa baqajı açıq vəziyyətdə olan “Mercedes-Benz 190” markali avtomobilin sürücüsünə 150 AZN-lik cərimə protokolu gəlib.

Protokolda əks olunan görüntülərdən də aydın olur ki, “Mercedes-Benz 190” avtomobili hərəkətdə olmayıb.

Ehtimal olunur ki, sürət radarı 60 sürətlik yolda 110 sürətlə hərəkət edən BMW markalı yol polisi avtomobili əvəzinə, həmin vaxtı yolun kənarında dayanan “Mercedes-Benz 190” markalı avtomobilinin nömrəsini çəkib.
Nəticədə isə bu cür xoşagəlməz vəziyyət yaranıb.

“Ölkə.Az”

Saytların yığılması Saytlarin yigilmasi
Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button