AZ24SAAT.ORG

Now Reading:
Hərbçimiz şəhid oldu – FOTOLAR

Dörd bacının şəhid qardaşı…

Azərbaycan ordusunun hərbçisi şəhid olub. 24saat.org Müdafiə Nazirliyininə istinadən xəbər verir ki, Azərbaycan-Ermənistan dövlət sərhədinin Naxçıvan Muxtar Respublikası sahəsində düşmən tərəfinin növbəti təxribatının qarşısını alarkən, döyüş tapşırığını yerinə yetirən zaman Azərbaycan Ordusunun hərbi qulluqçusu əsgər Tatarov Adil Əli oğlu şəhid olub.

Müdafiə Nazirliyinin rəhbərliyi şəhidin ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbr diləyir.

Müdafiə Nazirliyi bildirir ki, törədilən təxribatın arxasında birbaşa bir neçə gün əvvəl qoşunların bu istiqamətdə yerləşən qarşıdurma xəttində səfərdə olan Ermənistanın yeni təyin edilmiş müdafiə və xarici işlər nazirləri dayanır və onların göstərişi ilə həyata keçirilməsi istisna olunmur.
Ermənistan rəhbərliyi bilməlidir ki, Naxçıvanın qəhrəman müdafiəçiləri şəhidin qisasını qısa müddətdə alacaq.

Şəhid Adil Tatarov 28 yanvar 1999-cu ildə Ağstafa rayonunun Qıraq Kəsəmən kəndində dünyaya göz açıb.

O, Qıraq Kəsəmən kənd tam orta məktəbi bitirdikdən sonra 2017-ci ilin aprelində hərbi xidmətə yollanıb.

Dörd bacının qardaşı olan şəhidimiz ailənin yeganə oğul övladı olub. Bacılarının hamısı ailə həyatı qurub. Onun hərbi xidməti bitirməyinə 4 ayı qalırdı. Atası Əli Tatarov kənd təsərrüfatı ilə məşğul olur, anası Şüküfə Tatarova isə evdar xanımdır.

Adil hərbi xidmətə çağırılan zaman dostlarına belə deyib: “Uşaqlar əsgərlik insanın həyatında bir dəfə olur. Gedirsənsə, ya qəhrəman olmalısan, ya da şəhid”.

Allah rəhmət eləsin!

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24saat.org@gmail.com
Çəkdiyiniz videoları bu ünvana yollamaqla bizimlə əməkdaşlıq edə bilərsiniz! Telefon - 055 239-48-36
Input your search keywords and press Enter.