SEÇMƏ

Hərbçinin həyat yoldaşını öldürdüyü bildirilir

Yayımlandı: 30 Oktyabr 2022 22:43

Hadisənin qısqanclıq zəminində baş verdiyi ehtimal edilir

Goranboy rayonunda qətl hadisəsi baş verib. 28 yaşlı Bəbir İntiqam oğlu Həsənlinin həyat yoldaşı Zəhra Cavid qızı Babayevanı qətlə yetirdiyi bildirilir.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis kapitanı Eşqin Qasımov APA-ya məlumatı təsdiqləyib. Onun sözlərinə görə, Goranboy rayon Polis Şöbəsinə bir qadının çoxsaylı bıçaq zərbələri ilə qətlə yeririlməsi ilə bağlı məlumat daxil olub. Dərhal rayon Polis Şöbəsinin və Prokurorluğunun əməkdaşları hadisə yerinə gələrək müvafiq əməliyyat-axtarış tədbirləri həyata keçirib. Cinayəti törətməkdə şübhəli bilinən mərhumun həyat yoldaşı saxlanılıb. Faktla bağlı rayon prokurorluğunda cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.

Qafqazinfo”nun məlumatına görə, hadisə rayonun qaçqınlar şəhərciyində baş verib. Bəbir Həsənli hərbçidir, N saylı hərbi hissədə xidmət edib. O, Naxçıvan Muxtar Respublikasının Kəngərli rayon Qıvraq qəsəbəsində anadan olub. Qətlə yetirilmiş, Gəncə şəhərində anadan olmuş, 29 yaşlı Zəhra Babayeva da hərbi qulluqçu olub. Onlar bir yerdə çalışıblar, 1 ay əvvəl evləndikləri bildirilir.

Bəbir Həsənli Goranboy rayon Polis Şöbəsinə gedərək təslim olub. Qətlin qısqanclıq zəminində törədildiyi bildirilir.

Meydan TV

Gözdən qaçırmayın:  Rusiya və Paşinyan üçün sınaq

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button