Loading...
Loading...
Xəbərlər

Hərbi qulluqçunun öz əsgər yoldaşı tərəfindən güllələndiyi deyilir

Müdafiə Nazirliyi: “Əsgər silahla davranış qaydalarının kobud şəkildə pozulması nəticəsində həlak olub”

Azərbaycan Ordusunun hərbi qulluqçusu, əsgər Şamil Mais oğlu Aslanov həlak olub. Faktı Müdafiə Nazirliyi təsdiqləyib. Nazirliyin məlumatında deyilir ki, ilkin ehtimala görə əsgər silahla davranış qaydalarının kobud şəkildə pozulması nəticəsində həlak olub.

Beyləqandakı “N” saylı hərbi hissədə xidmət edən Ş.Aslanov əslən Qusar rayonunun Sudur kəndindəndir. Yaxınlarının -yə verdiyi məlumata görə, Şamil Aslanov əsgər yoldaşı Vüsal Zakir oğlu Cəfərov tərəfindən açılan güllə nəticəsində yerindəcə keçinib. Əslən Şəkidən olan Vüsal Cəfərov isə həbs edilib.

Faktla bağlı araşdırma aparıldığı bildirilir.


24 saat” “Hərbi qulluqçunun öz əsgər yoldaşı tərəfindən güllələndiyi deyilir” başlıqlı yazını “”yə istinadən dərc edib.

Gözdən qaçırmayın:  Bayden və Putin Kennedi və Xruşev ola biləcəklərmi?

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button