2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Manşet

Həbs edilən şirkət rəhbəri danışacaqmı?

“İntersekyurti” şirkətinin rəhbəri İbrahim Hüseynovun anası Suğra Hüseynova prezident İlham Əliyevə müraciət edib. O, müraciətin bir surətini də 24saat.org-un redaksiyasına göndərib. Suğra Hüseynova bildirir ki, “kredit qalmaqalı”na görə heç bir təqsiri yoxdur. Onun sözlərinə görə, oğlu Beynəlxalqdan Bankdan kredit götürməyib. Həmçinin şirkətin işçilərinin adına götürülən kreditləri də mənimsəməyib.
Qeyd edək ki, “İntersekyurti” şirkəti Beynəlxalq Bankın İdarə Heyətinin keçmiş sədri, hazırda həbsdə olan Cahangir Hacıyevin nəzarətində olub. Şirkət Beynəlxalq Bankın, həmçinin Cahangir Hacıyevin nəzarətində müəssisə və obyektlərinin mühafizəsini həyata keçirib. Bir müddət əvvəl 24saat.org-a müraciət edən şirkətin keçmiş işçisi Hüsü Musayev bildirmişdi ki, İbrahim Hüseynovun şirkətə rəhbərliyi formal xarakter daşıyıb. Şirkətin faktiki rəhbəri Qubad Hüseynov olub. Qubad Hüseynov Cahangir Hacıyevə yaxın şəxs kimi tanınır.

O vaxtilə MTN-də çalışıb, “Qara Kəmər” əməliyyatının iştirakçısı olub. Sonrada MTN-dən çıxaraq Beynəlxalq Bankın təhlükəsizliyini qorumaqla məşğul olub. Hüsü Musayevin sözlərinə görə, Qubad Hüseynov “İntersekyurti”də işçilərin adına kredit götürülməsi əməliyyaylarında əsas fiqur olub. Amma nədənsə “kredit qalmaqalı” ilə bağlı əməliyyatlarda o həbs olunmayıb. Məlumata görə, bu işdə İbrahim Hüseynov sasəcə güdaza verilib. Bir müddət əvvəl “kredit qalmaqalı”na görə həbs olunam oliqarxların bir çoxu azadlığa buraxıldı. Lakin İbrahim Hüseynov həbsda saxlanıldı. Bu isə onu deməyə əsas verir ki, hansısa qüvvələr İbrahim Hüseynovun azad edilməsində maraqlı deyil.Bu halda İbrahim Hüseynovun bir yolu var: Bildiklərini açıqlamaq!

24saat.org

Saytların yığılması Saytlarin yigilmasi
Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button