2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Həbs edilmiş deputat apellyasiya şikayətini geri götürüb

Bakı/10.08.21 Deputat toxunulmazlığı ləğv edilən və hazırda həbsdə olan Milli Məclisin üzvü Eldəniz Səlimov apellyasiya şikayətini geri çəkib. Bu barədə Turan-a vəkil İlqar Əliyev bildirib.

Vəkilin sözlərinə görə, şikayət Səlimovun öz xahişi ilə geri götürülüb.

Xatırladaq ki, avqustun 3-də Milli Məclis baş prokurorun təqdimatı əsasında deputatın CM-in 309.1-ci (vəzifə səlahiyyətlərini aşma) maddəsi ilə məsuliyyətə cəlb edilməsi məqsədilə Səlimovun toxunulmazlığını ləğv edib.

Saytların yığılması Saytlarin yigilmasi

İstintaqın məlumatına görə, iyulun 29-da deputat Xaçmaz şəhərində yerləşən “Starıy dvor” restoranında yerli polis əməkdaşını döyüb.

Avqustun 3-də Binəqədi Rayon Məhkəməsi onun barəsində 3 ay həbs qətimkan tədbiri seçib. -21B06-

 

Mənbə
“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button