2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Həbs olunan hərbçilər müstəqil vəkillərlə təmin edilməlidir

AXCP sədri Əli Kərimli feysbuk səhifəsində bir qrup hərbçinin vətənə xəyanətdə ittiham olunaraq həbs edilməsi xəbərinə münasibət bildirib. Həmin yazını təqdim edirik:

“Əgər Azərbaycan hərbçiləri, üstəlik də qrup şəklində və pul müqabilində erməni kəşfiyyatına işləyiblərsə, vətənə xəyanət ediblərsə, bu, çox dəhşətli hadisə, ağır cinayətdir. Cəzası da ağır olmalıdır.

Saytların yığılması Saytlarin yigilmasi

Ancaq hakimiyyət bu ağır cinayət ittihamına gözüyumulu inanacağımızı da gözləməsin. Köməkçim Faiq Əmirlidən Fətullah Gülənə “imam” düzəldənlərə, “Mehman Qələndərov sağdır, hazırda kamerasındadır” deməyə utanmayanlara niyə dərhal inanmalıyam?

Həbs olunanlar müstəqil vəkillərlə təmin edilməlidir. Ölkənin müstəqil vəkillərindən xahiş edirəm ki, bu işə qoşulsunlar. Düşmənə satıldığı iddia edilən hərbçilərin məhkəməsi açıq olmalıdır. Narahat olmayın. Həqiqətən vətənə xəyanət ediblərsə, ağır cəza öz yerində, üstəlik də bütövlükdə xalq onlara nifrət edəcək. Və bu ümumxalq nifrəti digər potensial satqınları vətənə xəyanətdən çəkindirə bilər. Yox əgər bu iş də Akif Çovdarovun məhkəmədə dediyi “20 faiz düzüb-qoşduğunuz” işlərdəndirsə, yenə də açıq məhkəmə yaxşıdır ki, xalq həqiqəti bilər.

Ermənilərin Bakıda sevinc gözyaşları ilə qarşılanması, erməni kilsələrinin pulsuz qazlaşdırılması kimi ermənipərəst siyasətlərin belə bir xəyanət şəbəkəsinin formalaşmasına zəmin yaratması da ictimai müzakirənin predmeti olmalıdır”.

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button