2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

Həbsdə olan belaruslu hüquq müdafiəçisi “Nobel” aldı

Yayımlandı: 7 Oktyabr 2022 16:49

Rusiyanın “Memorial” təşkilatı və Ukrayna Vətəndaş Azadlıqları Mərkəzi də mükafatlandırıldı

2022-ci il “Nobel” Sülh Mükafatı Belarus, Rusiya və Ukraynadakı insan haqları fəallarına verilib.

Saytların yığılması Saytlarin yigilmasi

“Nobel” Komitəsi Sülh Mükafatının belaruslu hüquq müdafiəçisi Ales Byalyatskiyə, Rusiyanın “Memorial” hüquq müdafiə mərkəzinə və Ukrayna Vətəndaş Azadlıqları Mərkəzinə verilməsi barədə qərar qəbul edib.

Bildirilib ki, laureatlar öz ölkələrində vətəndaş cəmiyyətini təmsil edirlər: “Uzun illərdir ki, vətəndaşların fundamental hüquqlarını müdafiə edirlər”.

“Onlar müharibə cinayətlərini, insan hüquqlarının pozulmasını və hakimiyyətdən sui-istifadə hallarını sənədləşdirmək üçün böyük işlər görüblər. Birlikdə sülh və demokratiya üçün vətəndaş cəmiyyətinin vacibliyini nümayiş etdirirlər”, – məlumatda deyilir.

Hazırda həbsdə olan 60 yaşlı Ales Byalyatski Belarusda “Viasna” hüquq-müdafiə mərkəzinin əsasını qoyub.

O, 2021-ci il iyulun 15-də Belarusda vergidən yayınma ilə bağlı cinayət işi üzrə həbs edilib.

Tərəfdarları ittihamı siyasi motivli sayırlar.

“Byalyatski 1980-ci illərin ortalarında Belarusda yaranmış demokratik hərəkatın təşəbbüskarlarından biri idi. O, həyatını demokratiyanın təbliğinə və doğma ölkəsinin dinc inkişafına həsr edib. Hüquq müdafiəçisi bu il altıncı dəfə “Nobel” Sülh Mükafatına namizəd göstərilib. O, həbsxanada olarkən bu mükafatı alan dördüncü şəxsdir”, – “Viasna”nın saytında deyilir.

Rusiyanın “Memorial” hüquq müdafiə mərkəzi 1987-ci ildə yaradılıb.

“Memorial” 2021-ci il dekabrın 28-də Rusiya Ali Məhkəməsinin qərarı ilə “xarici agentlər” qanununu pozması iddiası ilə ləğv edib.

“Memorial” hazırda “Memorial, İnsan Hüquqlarını Müdafiə Mərkəzi” yaradıb və hüquqi şəxs olmadan fəaliyyət göstərir.

Ukrayna Vətəndaş Azadlıqları Mərkəzi isə 2007-ci ildə Kiyevdə təsis edilib. Qurum hərbi cinayətləri və insan haqlarını sənədləşdirir.

“Nobel həftəsi” oktyabrın 10-dək davam edəcək.

Oktyabrın 10-da iqtisadiyyat üzrə “Nobel” mükafatlarının laureatları açıqlanacaq.

Mükafatlar ənənəvi olaraq dekabrın 10-da, Alfred Nobelin anım günündə sahiblərinə təqdim olunacaq.



Meydan TV

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button