2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
24 saat

Həbsdə olan müstəntiqdən qisas cəhdi….

İki siyasi məhbusun, Rüfət Səfərov və Cavid Şirəliyev həyatına təhlükə yaranıb. Hüquq müdafiәçisi Oqtay Gülalıyev  bununla bağlı ictimaiyyәtә çağırış edib.

“… Həbsdə olan 2 siyasi məhbusun- Rüfət Səfərov və Cavid Şirəliyevin başı üzərində qara buludlar var. Onların həyatı təhlükədədir. Hiss olunur ki, hər iki məhbusa qarşı hansısa məkrli plan hazırlanır.
Xatırlayırsınızsa bir neçə həftə öncə Cavid Şirəliyev jurnalist kimi həbsxana tarixində ilkə imza ataraq məhbus yoldaşı Rüfət bəydən geniş müsahibə götürmüşdü. Sanballı suallara çox tutarlı cavab verən keçmiş müstəntiq həbsinin qanunsuz olmasını sübut edən məntiqli fikirlər səsləndirmiş, hakimiyyətin avtoritar siyasətini ifşa edən tənqidi ittihamlar söyləmişdir. Məndə olan məlumata görə həmin müsahibəyə görə Penitensiar Xidmətin rəhbərliyi bərk narahat olmuş, 9 saylı CÇM- nin rəhbərliyi isə bu narahatlığı hər iki şəxsin diqqətinə xəbərdarlıq formasında çatdırmışdır. Bu xəbərdarlıqdan sonra isə Rüfət bəyə qarşı həbsxanada bıçaqla hücum olmuşdu. Prokurorluq orqanlarından istefa vermiş müstəntiqlə bağlı onsuz da bunların çoxdan ciddi narahatlığı və qisas cəhdi var…
Budur, artıq bir neçə gündür 9 saylı Cəza Çəkmə Müəssisəsində saxlanma şəraitinə, dustaqların haqsız yerə incidilməsi və “kars”- a salınmasına etiraz edərək aclıq aksiyası keçirən siyasi məhbuslar- Rüfət Səfərov və jurnalist Cavid Shireliyev özləri “kars”- a salınıb. Qanunvericiliyin tələblərinə zidd olaraq adı çəkilən şəxslərin vəkilləri və valideynləri ilə görüşməsinə, hər hansı formada əlaqə saxlamasına imkan verilmir. Hazırda onların hansı durumda, hansı vəziyyətdə olmaları, necə saxlanmaları barədə heç bir məlumat yoxdur. Hər iki şəxsin ailəsi, yaxınları və bizlər onların taleyindən narahatıq.
Dostlar, gəlin Rüfət Səfərovla Cavid Şirəliyevə qarşı olanları diqqətdə saxlayaq. Onları müdafiə edək. Aidiyyatı qurumlardan hər iki şəxsin ətarfında baş verənlərə aydınlıq gətirməsini, onların “kars”- dan və həbsdən azad olunmasını birgə tələb edək!”

Saytların yığılması Saytlarin yigilmasi

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button