2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Cəmiyyət

Həbsdə olan NİDA-çının səhhətində problemlər yarandığı bildirilir

”’Kars”dan sonra böyrəkləri ağrıyır”

NİDA hərəkatının koordinatoru Samir Əsədli 14 saylı cəzaçəkmə müəssisəsində (CÇM) məhkumluq həyatı yaşayan Elgiz Qəhrəmanın səhhətində problemlər yarandığını deyib.

Meydan TV-ə danışan S.Əsədli xatırladıb ki, Elgiz Qəhrəman cərimə kamerasına (“kars”) salınıb və həmin zaman döyülüb.

“O, 3 gün “kars”da soyuq otaqda, taxtanın üstündə yatıb və səhhətində ciddi problemlər yaranıb. Onun böyrəkləri ağrıyır və dünəndən ürəyində ciddi ağrılar başlayıb”.

Saytların yığılması Saytlarin yigilmasi

Son günlər CÇM-də bir sıra siyasi motivlərlə həbs olunan məhbusların “kars”a salınması barədə məlumatlar verilib.

Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr üzrə rəsmisi Mehman Sadıxov Meydan TV-yə deyib ki, məhbusun döyülməsindən söhbət gedə bilməz, çünki buna tam ciddi nəzarət olunur.

“Axı məhbusa əl qalıdırmağa nə ehtiyac var?! Müvafiq aktlar var ki, məhkum özünə, məhbəsdəkilərə və nəzarətdəkilərə fiziki zor tətbiq etmək istəyirsə, onun qanunsuz əməllərinin qarşısını almaq üçün bu və ya digər xüsusi vasitələr tətbiq edilə bilər. Amma bu halda məsələ aktlaşdırılır və məhkumun şəxsi işinə əlavə olunur”.

Mehman Sadıxovun sözlərinə məhkum cərimə kamerasına salınmazdan əvvəl müdiriyyət onunla profilaktik iş aparır.

“Məhkuma daxili qaydalar xatırladıb, vəzifələrini deyirlər. Əgər bunlara əməl etmirsə, bir neçə xəbərdarlıqdan sonra cərimə kamerasına keçirilir. Məhkum rəhbərlikdən narazı qalırsa, o zaman yuxarı instansiyalara və ərazi üzrə məhkəməyə müraciət edə bilər. Əvvəlki illərdə belə hallar olub, məhkum vəkili vasitəsilə məhkəməyə müraciət edərək “kars”dan çıxarılıb”.

Elgiz Qəhrəman 2016-cı il avqustun 12-də saxlanılıb və həmin gün onun barəsində Cinayət Məcəlləsinin 234.4.3-cü (külli miqdarda narkotik maddənin qanunsuz dövriyyəsi) maddəsi ilə həbs qətimkan tədbiri seçilib.

O, 2017-ci ilin yanvarın 16-da 5,5 il müddətinə azadlıqdan məhrum edilib.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button