2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
GündəmXəbərlər

Həbsdə olan sabiq deputat vəfat etdi

Rafael Cəbrayılovun koronavirusa yoluxduğu bildirilir

2005-2019-cu illərdə Milli Məclisin deputatı olan, bu ilin aprelindən isə dələduzluq ittihamı ilə həbs edilən Rəfael Cəbrayılov vəfat edib.

Bu barədə Meydan TV-yə keçmiş deputatın saxlandığı Bakı İstintaq Təcridxanasından məlumat verilib.

Saytların yığılması Saytlarin yigilmasi

Bildirilir ki, koronavirusa yoluxan sabiq deputat müalicə üçün “Yeni Klinika”ya köçürülüb, lakin həyatını xilas etmək mümkün olmayıb. Vəziyyəti ağır olan Rəfael Cəbrayılov sentyabrın 29-da gecə saatlarında vəfat edib.

Milli Məclisin III, IV və V çağırış deputatı olmuş Rəfael Cəbrayılovun işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılırdı.

Sentyabrın 30-da hakim Əhməd Quliyevin sədrliyilə onun işi üzrə növbəti məhkəmə iclası keçirilməliydi.

Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsilə ittiham olunan keçmiş deputatın işi üzrə ümumilikdə 11 nəfər zərərçəkmiş qismində tanınıb.

Onların arasında Bakıda hündürmərtəbəli binaların tikintisi ilə məşğul olan, “Şərurlu İsfəndiyar” kimi tanınan iş adamı İsfəndiyar Axundov, bir sıra məhkəmə qalmaqallarında adı hallanan lombard sahibi Məlahət Qurbanova və digərlərinin adları var.

Rəfael Cəbrayılovun adı bundan əvvəl də müxtəlif qalmaqallarda hallanıb, ondan hüquq-mühafizə orqanlarına şikayət olunub.

2019-cu ildə məlum olmuşdu ki, Rəfael Cəbrayılov 300 min dollar borca görə III və IV çağırış Milli Məclisin deputatı vəsiqələrini girov qoyub. Bu məsələ üzə çıxandan sonra Rafael Cəbrayılov mandatdan məhrum edilməsi üçün parlamentə müraciət etdi.

2019-cu ilin sentyabrında MSK deputatın mandatdan məhrum edilməsi ilə bağlı qərar qəbul etdi.

O zaman məlum olmuşdu ki, deputat ev tikmək üçün 300 min dollar notarial qaydada borc alıb.

Borcun qaytarılmadığını görən Təranə Fətəliyeva Abşeron Rayon Məhkəməsinə müraciət edib.

Məhkəmə iddiaçının xeyrinə 15 fevral 2019-cu ildə qiyabi qətnamə qəbul edib.

Cavabdeh şəxs, Rəfael Cəbrayılov məhkəmənin qərarı ilə razılaşmayaraq, apelyasiya şikayəti verib.

Apelyasiya məhkəməsi birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlayıb.

Məhkəmədə ittihama münasibət bildirən Rəfael Cəbrayılov özünü təqsirli bilmədiyini, heç kimə qarşı dələduzluq etmədiyini demişdi.

O, həbsinə görə qardaşını günahlandırırdı.

Həbsdə olan keçmiş icra başçısı, Goranboy və Ağstafa rayonlarında bu vəzifədə çalışmış Nizaməddin Quliyev də sentyabrın əvvəlində koronavirusdan vəfat edib.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button