2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Cəmiyyət

Həbsdə olan videoblogerin şikayətinə baxılmır

Tanınmış vəkil Əsabəli Mustafayev 30 sutka inzibati həbs cəzası almış blogger Namiq Sadıqının apellyasiya şikayətinə baxılmamasın barədə özünün feysbuk səhifəsində qeyd paylaşıb.

“Bu gün bloger Namiq Sadiqovun (Namiq Sadıqlı) həbsdə olmasının 18 günü, apellyasiya şikayəti verməyimin 12-ci günü tamam olur. Bir-iki günə baxılmalı olan şikayətə indiyə qədər baxılmayıb. Bu gecikmə barədə keçən həftə bir sıra kütləvi informasiya vasitələrində məlumat yaymışdım. Gözləyirdim ki, bu məlumatdan sonra şikayətə baxılması dərhal təmin ediləcək. Lakin bu günə də şikayətin talehi barədə heç bir xəbər yoxdur. Məcbur olub bu gün Ombudsmanın elektron poçtuna rəsmi məktub yazmışam.Ondan həm şikayətin baxlmasının təmin edilməsini, həm də Namiq bəyin saxlanılma şəraitinin araşdırılmasını, onun səhhətindəki problemlərin aradan qaldırılmasına kömək etməsini xahiş etmişəm. Görək nəticəsi nə olacaq”,- deyə Əsabəli Mustafayev qeyd edib.

azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi
Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button