2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Həbsdəki 11 il üçün 8, 80 TL təzminat!

Türkiyədə 26 may 1980-ci ildə terror təşkilatı “Dev-Sol”a üzv olduğu üçün həbs olunan və 11 il 59 gün həbs yatan peşə liseyi məzunu Hüseyn A. bəraət etdikdən sonra 8, 80 TL təzminat alıb. 20 yaşındaykən həbs olunan Hüseyn A.-ya hərbi məhkəmədə iddia açılıb. Dava daha sonra Ağır Cəza məhkəməsində davam edib. O, 1243 şübhəli ilə birlikdə mühakimə olunub. Mühakimə nəticəsində Hüseyn A. “öldürmə, öldürməyə təşəbbüs, güllələmə, bombalama” kimi 13 ayrı iddiadan bəraət alıb.

“Dev-Sol” ilə bağlı iddialar 32 il sonra yekunlaşıb. 129 şübhəli bəraət edərkən, 39 şübhəli fərqli cəzalara məhkum edilib.

Saytların yığılması Saytlarin yigilmasi

Hüseyn A. nəzarətdə qaldığı və məhbəsdə keçirdiyi 11 il 59 gün üçün 200 min TL maddi, 1 milyon TL də mənəvi olmaq üzrə, ümumi 1 milyon 200 min TL-lik təzminat iddiası açıb.

Ekspert tərəfindən aparılan araşdırma nəticəsində hazırlanan hesabatda şikayətçi Hüseyn A.-nın tələb edəcəyi maddi təzminat məbləğinin 8,80 TL olduğu bildirilib. Ekspert o dövrün minimum ödənişi üzərindən edilən hesablamada dəqiq məbləği 8 milyon 775 min 471 lirə olaraq hesablayıb. O, “bu məbləğdən 5803 saylı qanuna uyğun olaraq 6 sıfır atılması halında iddiaçının maddi təzminat məbləğinin 8,80 TL məbləğində olduğu anlaşılır” deyib. Ortaya çıxan məbləğə hüquqçular da çaşıb qalıb.

azadliq.info

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button