2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

Həbsdəki gənc fəaldan xəbər var

Fevralın 20-də inzibati qaydada 30 sutka həbs olunmuş və hazırda Sumqayıt Şəhər Polis İdarəsində müvəqqəti saxlama yerində olan NİDA Vətəndaş Hərəkatının üzvü Elmir Abbasova şəxsi gigiyena üçün şərait yaradılmadığı bildirilir.

Bu barədə AzadlıqRadiosuna Abbasovun anası Mətanət Abbasova danışıb. O, bunu, bugün, martın 4-də oğlu ilə saxlandığı yerdə görüşdən sonra deyib.

Abbasovanın sözlərinə görə, Elmir Abbasov ona özünü normal hiss etdiyini bildirib, lakin ona artıq 14 gündür ki, yuyunmaq üçün şərait yaradılmadığını söyləyib:

Saytların yığılması Saytlarin yigilmasi

“Bundan əlavə Elmir üçün 10 gün əvvəl polis idarəsinə verdiyim paltarlar ona çatdırılmayıb və o 14 gündür eyni paltarda saxlanılır”.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Kütləvi informasiya vasitələri və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev isə “Turan” İnformasiya Agentliyinə bu deyilənləri təkzib edib.

Onun sözlərinə görə inzibati qaydada həbs olunmuş şəxslər arasında fərq qoyulmur:

“Nizam qaydalarına uyğun olaraq inzibati qaydada cəzasını çəkən hər bir şəxsin gigiyena qaydalarının tələblərinə ciddi nəzarət olunur”.

Üstəlik, bu da bildirlir ki, ölkədə korrupsiya ilə mübarizədə hakim iradə var.

 

Xatırlatma

27-yaşlı Elmir Abbasov fevralın 19-da saxlanılaraq İnzibati Xətalar Məcəlləsinin 206-cı (narkotik vasitələrin satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanması, əldə edilməsi, saxlanılması) maddəsi ilə 30 sutka müddətinə inzibati qaydada həbs olunub.

O, bundan 3 gün əvvəl, fevralın 16-da Facebook hesabındakı paylaşımında prezident İlham Əliyevi tənqid edib, onun ölkədəki korrupsiyanın səbəbkarı olduğunu vurğulayıb.

Abbasov özünü təqsirli bilmir. Dostları onun həbsini yazdığı statusla əlaqələndirirlər. Elmir Abbasov özü martın 3-də Sumqayıt Apellyasiya Məhkəməsində saxlandıqdan sonra işgəncəyə məruz qaldığını da söyləyib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin şöbə rəisi Elşad Hacıyev isə AzadlıqRadiosuna Abbasovun polislərin işgəncəsinə məruz qalması haqda iddiaların həqiqətə uyğun olmadığını deyib.

Hakimiyyət təmsilçiləri ölkədə heç kəsin fərqli fikrinə görə təqibə məruz qalmadığını deyirlər. Beynəlxalq qurumların

Azərbaycanda demokratiya sahəsində geriləmə ilə bağlı tənqidləri də, bir qayda olaraq, təkzib edilir.

24 saat” “Həbsdəki gənc fəaldan xəbər var” başlıqlı yazını “Azadlıq Radiosu”na istinadən dərc edib.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button