2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
24 saat

Həbsdəki jurnalistin qardaşından hiddət dolu açıqlama

“Hansı haqla və əxlaqla 70 yaşlı bir Azərbaycan ANASINA belə davranmısınız?”

“Kanal13” internet televiziyasının rəhbəri, həbs edlmiş Əziz Orucovun qardaşı Anar Orucov analarının Ağır Cinayətlər üzrə İstintaq İdarəsinə çağrılaraq, orada hörmətsiz rəftarla üzləşməsi, sonda təcili yardımla oradan birbaşa xəstəxanaya – reanimasiya şöbəsinə aparılması ilə bağlı feysbuk səhifəsində sərt qeydlər paylaşıb.

Saytların yığılması Saytlarin yigilmasi

A.Orucov hiddətlə yazır ki, müxtəlif xəstəliklərdən əziyyət çəkən yaşlı bir qadını istintaqa aparıb saatlarla incitməyə və xəstəxanalıq etməyə ad tapmaq mümkün deyil.

“70 yaşlarında olan, insult xəstəsi, dizindən əməliyyat olunmuş və normal gəzə bilməyən, şəkər və qan təzyiqi problemlərindən əziyyət çəkən anam Almaz Həsənovanın prokurorluga çağırılıb dindirilməsinə və psixoloji təzyiq göstərilməsinə, müstəntiq və prokurur tərəfindən hədə-qorxu gəlinməsinə nə mən, nə də bu hadisəyə münasibət bildirən çoxsaylı dostlarım, yoldaşlarım, həmkarlarım ad qoya bilirik… Məni qoca anamın prokururluğa aparılması, orda səhhətinin kəskin pisləşməsi və xəstəxanaya aparılıb reanimasiyada yerləşdirilməsi də yox, prokurorluqda ANAMLA davranışlarında tərbiyəsizlik göstərən Orxan Babayev və Ramiq Babayev adlı dövlət qulluqçusunun anamın vəkil tələbinə yox demələri, bütün qanunların və Konstitusiyanın ziddinə olaraq ondan övladına qarşı ifadə almağa cəhd etmələri, “sənin o biri oğlunu da gətirib türmədə uşaqlarından komanda düzəldəcəyik” kimi ifadələrlə psixoloji təzyiq göstərmələri incidib. Məni millətimi təmsil edən bəzilərinin bu qədər naqis, əxlaqsız, səviyyəsiz olması incidir…” – deyə A.Orucov yazır.

A.Orucov “siz hansı haqla və əxlaqla 70 yaşlı bir Azərbaycan ANASINA belə davranmısınız?” deyə anasını incitmiş prokurorluq əməkdaşlarına sual edir. O, qeyd edir ki, həmin əməkdaşların cəzalandırılması üçün bütün hüquqi yollara baş vuracaq. “Vəkillərlə də müzakirələrim oldu, Azərbaycanda kifayət qədər hörmət sahibi olan çox normal münasibətlərdə olduğum yoldaşlarla da bunu danışdıq: bu əxlaqsız ünsürərin prokurorluq orqanlarından atılması üçün Azərbaycanda və Avropada hüququn imkan verdiyi bütün vasitələrdən istifadə edəcəyik. Bu məsələ AŞPA-nın növbəti toplantısında qaldırılacaq və oktyabr sesiyasında baxılacaq bu işə. Qoy Azərbaycan höküməti və hüquq mühafizə orqanları həmin tarixə qədər belə əxlaqsız nakəslərdən qurtulsun ki, ölkənin imici belə “gəda”lara görə bir az da ləkələnməsin” – deyə A.Orucov yazıb.

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button