2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

Həbsdəki keçmiş icra başçısının məhkəməsi başladı

Yayımlandı: 10 Noyabr 2022 18:48

Məhkəmə Alimpaşa Məmmədovu ev dustaqlığına buraxmadı

İlyarımdan çoxdur həbsdə olan Şəmkirin keçmiş icra başçısı Alimpaşa Məmmədov noyabrın 10-da məhkəmə qarşısına çıxarılıb. 7 il icra başçısı vəzifəsində çalışmış Alimpaşa Məmmədovun işinə Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Nura Əliyevin sədrliyilə baxılır.

Saytların yığılması Saytlarin yigilmasi

Noyabrın 10-da məhkəmənin hazırlıq iclasında sabiq icra başçısının anket məlumatları dəqiqləşdirilib. Məlum olub ki, Alimpaşa Məmmədov həbs olunandan sonra saxlandığı Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) istintaq təcridxanasından Gəncədəki 2 saylı istintaq təcridxanasına köçürülüb.

Məhkəmədə çıxış edən prokuror bildirib ki, sabiq icra başçısının haqqında həbs qətimkan tədbirini dəyişməyə əsas yoxdur, həbsdə saxlanmalıdır.

Məhkəmə də həbs qərarını dəyişməyib. Məhkəmə baxışı noyabrın 24-ə təyin olunub.

2014-2021-ci illərdə Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı olmuş Alimpaşa Məmmədov 2021-ci il aprelin 29-da Şəmkirdə icra hakimiyyətinin binasında DTX keçirdiyi əməliyyat nəticəsində həbs edilib. O, icra başçısı vəzifəsindən öncə 3 il Bakı Şəhər Vergilər Departamentinin rəisi vəzifəsində çalışıb.

Alimpaşa Məmmədova qarşı Cinayət Məcəlləsinin 179.4 (xüsusilə külli miqdarda mənimsəmə), 193-1 (cinayət yoluyla əldə edilmiş vəsaitləri leqallaşdırma), 308 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) və 311-ci (rüşvət alma) maddələrilə ittiham irəli sürülüb.

Azərbaycanda icra başçılarının həbs dalğası 2019-cu ilin dekabrında Ağstafa və Yevlaxdan başlayıb. Daha sonra Neftçala, Biləsuvar, İmişli, Cəlilabad, Kürdəmir və Şəmkir rayon icra hakimiyyətlərində də bənzər əməliyyatlar keçirilib. Həbs edilən icra başçılarının Alimpaşa Məmmədov olub.

Onun həbsindən sonra özünün və yaxınlarının 10 milyondan çox dəyərdə əmlakı üzərinə həbs qoyulub. Onların arasında “Abad Şəmkir” MMC – qida məhsulları istehsal zavodu, “Az Farel” MMC – balıq yetişdirmə və emalı müəssisəsi və Bakıda mənzillər də var.

Meydan TV

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button