2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

Həbsdəki MTN-çinin rektor qudası necə tələyə salınıb? – rüşvət labirinti

Həbsdəki MTN zabiti Teymur Quliyevin qudası Nazim Hüseynlinin rektoru olduğu Bakı Avrasiya Universitetində (BAU) semestr imtahanlarının alveri başlanıb.

24saat.org-a verilən xəbərə görə, N.Hüseynli şəxsi kabinetində siqaret çəkməklə və müşahidə kameralarından universitetdə baş verənləri izləməklə məşğuldur. Onun çox siqaret çəkən biri olduğu deyilir.

Saytların yığılması Saytlarin yigilmasi

Rektorun ən yaxın çevrəsində dediyi söz isə bundan ibarətdir ki, illik yuxarılara hesabat verir və tələbələrdən pul yığmağın kökünü kəsmək özündən asılı iş deyil.

1992-ci ildən fəaliyyətdə olan təhsil ocağı zaman-zaman bağlanmaq təhlükəsi ilə üzləşib. Onun lisenziyasının ləğvi bu gün də aktuallığını itirməyib.

Lakin rektorun siyasi gedişləri və Maliyyə Nazirliyindəki himayəçiləri hələlik BAU-nun qapadılmasını ertələyə bilib.

Əslində, BAU-nun adı Bakı Biznes Universiteti, Kooperasiya, Təfəkkür və s. kimi üçüncü dərəcəli ali məktəblərin kateqoriyasına daxildir.

Çünki bu təhsil ocağında hər imtahanqabağı tələbələrlə bazarlığa gedilməsi yeni xəbər deyil. İndi də yanvar imtahanlarının haqq-hesabı aparılır və N.Hüseynli illik hesabatı çatdırmalıdır.

24saat.org-a xəbər verən tələbələr iddia edir ki, rektorluq qış imtahanlarının pulunu yığır.
Onların sözlərinə görə, nadir hallarda imtahandan pulsuz keçmək mümkündür. Hazırda imtahanlar 250-350 manat civarındadır.

Deyilənə görə, N.Hüseynli xaraktercə yola gedən adamdır və onunla dil tapmaq mümkündür. Rektor özü də çalışır ki, tələbələr pulu məcbur qalıb verməsinlər, imkan daxilində ödəsinlər.

Rektor iqtisadi böhranın və valideynlərin maddi vəziyyətinin nə olduğu nəzərə alır. Sadəcə, onun da bəzi dairələrə haqq çatdırması belə bir mühitin yaranmasına səbəb olub. Təbii ki, bu amil rektora haqq qazandırmır.

Lakin BAU-dan tələb olunan şərtlər var. Rektorluq tələbələrə bu məbləğin ödənişinə güzəştə gedir. Məsələn, pul vermədiyi imtahanı açıq qoyur və borca yazıb müəyyən qədər möhlət verir.

Qeyd edək ki, bir müddət əvvəl Bakı Avrasiya Universitetinin keçmiş müəllimi Əjdər Yunus Rza “Facebook”da ali məktəb rəhbərliyinin ünvanına sərt ittihamlar səsləndirmişdi.

Onun ittihamlarından aydın olur ki, N.Hüseynlinin qurduğu sistem nədən ibarətdir: “Əziz tələbələr, mən bu gün ədalətsiz bir qərarla sizlərdən uzaqlaşdırıldım. Mən həmişə sizin haqqınız uğrunda mübarizə apardım. Uzun yazmayacağam.

Bu tədris ilinin birinci yarısında Bakı Avrasiya Universitetinin rektoru Nazim Hüseynlinin analoqu olmayan cədvəl oyunları ilə başınıza gətirdiyi oyunların bu semestrdə də təkrarlandığını görəndən sonra bu gün iclasda rektora “bu biabırçılığın başında siz dayanırsız” dedim.
Bundan sonra heç bir qanuna hörmət qoymayan Nazim Hüseynli mənə “işdən azadsan” dedi. Mən həmişə haqqın tərəfində olmuşam. Bununla fəxr edirəm. Sizə analoqu olmayan “lalapiti” cədvəllə yaz semestrini müvəffəqiyyətlə başa vurmağı arzulayıram”.

Onu da bildirək ki, N.Hüseynlinin oğlu ilə MTN zabiti T.Quliyevin qızı nişanlı olub. Ali məktəbin mətbuat xidməti isə bu məlumatı nə təsdiq, nə təkzib edib. Hörmətli N.Hüseynlinin mövqeyini dərc etməyə hazırıq.

 

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button