2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
24 saat

Həbsdəki MTN polkovniki: “İşimə yenidən baxılsın”

Dörd il həbs cəzası alan MTN polkovniki, nazirliyin Baş Əks-Kəşfiyyat İdarəsinin sabiq rəisi olmuş Mirəziz Əsgərov yenidən məhkəmə önünə çıxarılıb. Haqqındakı məhkəmə hökmündən narazı qalan Əsgərov apellyasiya şikayəti verib. Oktyabrın 2-də Bakı Apellyasiya Məhkəməsində onun şikayəti üzrə ilkin baxış iclası keçirilib.

MTN polkovnikinin işinə Mirzəli Abbasovun sədrlik etdiyi hakimlər kollegiyası baxır.

Saytların yığılması Saytlarin yigilmasi

Əsgərovun həbs hədəsi ilə 340 min pul aldığı iddia olunan zərərçəkmiş Vidadi Əzizovda hökmdən narazı qalıb. O da məhkəmədə iştirak edib.

M.Əsgərovun vəkili apellyasiya şikayətinə məhkəmə istintaqı aparılmaqla (şahidlərin dindirilməsi, əlavə sübutların araşdırılması və s.) baxılması haqda vəsatət qaldırıb.

MTN polkovnikinin özü də işinin yenidən araşdırılmasını istəyib. Deyib ki, Bakı Hərbi Məhkəməsinin onun haqqında çıxardığı hökmdən narazıdır:

«İstəyirəm ki, ittihamda əksini tapmış məsələlər ciddi araşdırılsın».

Amma hakimlər vəsatəti təmin etməyib. Əsgərovun işinə məhkəmə istintaqı aparılmadan, əlavə sübutlar tələb olunmadan baxılmasına qərar verilib.

Məhkəmə baxışı isə oktyabrın 16-na təyin olunub.

azadliq.org

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button