2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

Həbsdəki VİP sədri həyatından narahatdır

Vətəndaş və İnkişaf Partiyasının (VİP) həbsdə olan sədri Əli Əliyevə qarşı yeni təxribat hazırlandığından narahatlıq var.

Saytların yığılması Saytlarin yigilmasi

Bu barədə partiya sədrinin müavini Zaur Mahiroğlu bildirib. Onun vurğulamasına görə, sədrlərinə qarşı yeni cinayət işi açıla bilər.

Z.Mahiroğlu əlavə edib ki, bir həftədən çox idi Ə.Əliyevin yaxınları onunla əlaqə saxlaya bilmir, yanına vəkil buraxılmırdı: “Dünən, avqustun 31-də, nəhayət, çox get-gəldən sonra Əli Əliyevlə vəkil görüşə bildi. Məlum olub ki, yeni cinayət işi açılıb. Bu dəfə şikayətçi Əli Əliyevin kamera yoldaşıdır. Onlar Bakı İstintaq Təcridxanasında altı aydır eyni otaqda saxlanılırlar. Hadisə günü həmin şəxsi çağıraraq otaqdan aparıblar, qayıdanda isə o, “işimi artırırlar” deyərək özünü döyməyə başlayıb”.

Z.Mahiroğlunun sözlərinə görə, sonra isə o, Ə.Əliyevdən Sabunçu Rayon Prokurorluğuna şikayət yazıb: “Şikayətində onu Əli Əliyevin döydüyünü bildirən şəxs hətta onu başından şüşə butulkayla vurduğunu deyib. Əli Əliyev hələ ki bu işdə şahid qismində keçir”.

Z.Mahiroğlu bunun partiya sədrinə qarşı təxribat olduğunu deyir: “Əli Əliyev bildirib ki, onun həyatı təhlükədədir, son hadisələr bunu deməyə əsas verir. O, həmçinin bildirib ki, artıq bir həftədir ona dərmanlar verilmir. Əli Əliyev yüksək təzyiqdən və qanında şəkərdən əziyyət çəkir. Ona dərman verilməməsi həyatına təhlükə yaratmaq deməkdir”.

Bütün bu deyilənlərə, hələlik, Ədliyyə Nazirliyinin Penitensiar Xidmətindən və başqa aidiyyəti şəxslərdən münasibət öyrənmək mümkün olmayıb. Baş Prokurorluqdan isə “Turan”a iddialarla bağlı açıqlama veriləcəyi bildirilib.

VİP sədri Ə.Əliyev bu il yanvarın 13-də Dövlət Sərhəd Xidmətinin (DSX) zabiti Emil Cəfərovun şikayəti əsasında böhtan ittihamı (Cinayət Məcəlləsinin 147.1-ci maddəsi) ilə 5 ay azadlıqdan məhrum edilib.

Aprelin 15-də məhkəmə DSX-in digər zabiti Ramin Ədilovun da Əliyevə qarşı şikayətini təmin edərək cəzanın müddətini daha bir ay uzadıb.

İddialara səbəb Ə.Əliyevin 2021-ci il noyabrın 30-da DSX-ya məxsus Mİ-17 helikopterinin qəzaya uğraması zamanı sözügedən zabitlərin sağ qalmasının mümkünsüz olması barədə açıqlaması olub. Ə.Əliyev hər iki hökmü rədd edərək həbsini “siyasi sifariş” adlandırıb. Məhkəmədə bir daha vurğulayıb ki, həmin şəxslərin helikopterdə olduğuna inanmır: “Ağlı başında olan adamlar bilir ki, o sürətlə yerə çırpılanda adam 1000 dərəcə istilikdən o vəziyyətdə çıxa bilməz. Mən çıxışımda o adamların adlarını çəkməmişəm. Onlara deyiblər ki, bunu elə, onlar da eləyib. Onlar sadəcə alətdir. Bu məhkəmə işi indiyə qədər mənə qarşı təzyiqlərin davamıdır”.

Ardınca – iyunun 23-də Yasamal Rayon Məhkəməsi Yeni Azərbaycan Partiyasının (YAP) keçmiş funksioneri Ramiz Göyüşovun şikayətini də təmin edərək Əliyevin cəzasını 1 ilədək artırıb. 2021-ci ilin sentyabrında Göyüşovun şəxsi həyatına aid görüntülər yayılandan sonra o, YAP-dan çıxarılıb. Göyüşov iddia edir ki, onunla bağlı video sosial şəbəkələrdə yayılandan sonra VİP sədri də internet televiziyalarından birində onu təhqir edib. Əliyev isə bununla razılaşmır.

AzadliqRadiosu

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button