2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
24 saat

Həbsdən buraxılan 14 Nardaran məhbusu kimlərdir?

2015-ci il noyabrın 26-da keçirilən Nardaran əməliyyatından sonra həbs olunanlardan 14-ü buraxılıb. Onların cəzanın çəkilməmiş hissəsindən azad edilməsi haqda məhkəmə qərar çıxarıb.

O zaman saxlanılanların çoxu qəsəbə sakinləri idi. Həbs olunanlardan 43 nəfərə dövlət çevrilişinə cəhd, terrorçuluq və başqa ağır ittihamlar verilsə də, qalanları CM-nin 228-ci (qanunsuz silah saxlama) maddəsilə il yarımdan 6 ilə qədər azadlıqdan məhrum edildilər.

Saytların yığılması Saytlarin yigilmasi

Qəsəbə sakinlərinin AzadlıqRadiosuna bildirdiyinə görə, azadlığa buraxılanlar əsasən yüngül maddələrlə məhkum olunanlardır. Onların da cəza müddətinin bitməsinə bir neçə ay qalmışdı.

ŞAHBAZOVLAR AİLƏSİNDƏN BURAXILAN VAR

Sakinlər həbsdən buraxılan şəxslərdən bir neçəsinin adını da açıqlayıb – Nadir Qədirov, Akif Nuriyev, Atabala Şahbazov, Seyidağa Ağayev, Həsən Quliyev, Mehman Əliyev.
Adları çəkilən şəxslərdən Atabala Şahbazovun özü ilə yanaşı, üç oğlu da həbsdədir. Onlardan biri – Əli Şahbazov hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində Müsəlman Birliyi Hərəkatının sədr müavini Elçin Quliyev və daha 10 nəfərlə birlikdə “Nardaran işi-2” üzrə mühakimə olunur.

Əli Şahbazov məhkəmədə bildirib ki, Nardaran hadisələrindən sonra atasını silahla şərləyib həbs ediblər. Daha sonra onu polis bölməsinə çağırıb təklif ediblər ki, qardaşlardan biri ittihamları üzərinə götürsün, atanı buraxsınlar. Əli Şahbazovun dediyinə görə, o, ağır maddələrlə olan ittihamı üzərinə götürməyə razılaşsa da, atasını buraxmayıblar. Onu da qanunsuz silah saxlama suçlaması ilə həbs ediblər.

Müsəlman Birliyi Hərəkatının sədri Taleh Bağırov və digərlərinin məhkəməsində daim iştirak edən Fail Şahbazov isə 2016-cı ilin noyabrında həbs olunub. 2 il 9 ay həbs cəzası alan Fail Şahbazov həbsindən əvvəl bildirmişdi ki, məhkəmədə fəal iştirakına görə təqib olunur. Daha bir qardaş Natiq Şahbazov isə bu ilin mayında həbs olunub – o da qanunsuz silah saxlama suçlaması ilə.

Nisbətən yüngül maddələrlə ittiham edilib həbs olunan Nardaran sakinlərinin bir qismi Taleh Bağırovgilin məhkəməsində şahid qismində ifadə vermişdi. Bildirmişdilər ki, onlardan qanunsuz silah tapılması haqda deyilənlər yalandır. Onları Nardaran hadisələrindən sonra həbs edib, təzyiq yolu ilə Taleh Bagırovun əleyhinə ifadə alıb, bunun da müqabilində nisbətən yüngül ittiham veriblər.

 

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button