2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏ

Həbsxanalarda vəziyyət dözülməz həddə

Rüfət Səfərov

Saytların yığılması Saytlarin yigilmasi

Koranavirusla əlaqədar Penitensiar Xidmətin cəzaçəkmə müəssiələrində, həbsxanada, istintaq təcridxanalarında, tərbiyə və müalicə müəssisələrində karantin elan olunub. Məhbusların ailə üzvləri və müdafiəçiləri ilə görüşlərinə, banderol, bağlama göndərilməsinə, sovqat gətirilməsinə məhdudiyyət tətbiq edilib.

Keçmiş dustaq olaraq bildirirəm ki, məhkumlara gün ərzində 3 dəfə qida verilsə də bu, orqanizmin normal fəaliyyətini təmin etməyən, keyfiyyətsiz, müəyyən olunmuş normalardan az miqdarda idi. Yeməklərdən başqa maddi-məişət normaları yalnız kağız üzərindəydi: dövlət hesabına yataq ləvazimatı, geyim, alt paltarı, ayaqqabı verilmirdi. Bütün yük məhkumun qohum-əqrəbasının üzərində idi.

“Zon”un ərazisində xeyli şişman pişik var idi. Bəli, həqiqətən, təklif olunan səhər, günorta, axşam yeməkləri heyvanlar üçün daha münasib idi. Əksəriyyət evdən gətirilən ərzaq məhsullarından istifadə edirdi, yeməkxanadakı gündəlik nörmalarını da götürüb, pişiklərin qarşısına atırdı. Hərçənd ki, formal olaraq Nazirlər Kabinetinin müvafiq qərarları ilə qənaətbəxş qida normaları müəyyən edilib…

Məxləs, bu gün dustaq yoldaşlarımdan biri zəng etmişdi. Bir az dərdləşəndən sonra “zon”dakı vəziyyət barədə maraqlandım. Yuxarıda göstərdiyim kimi, məlum oldu ki, məhkumların yaxınları ilə uzunmüddətli və qısamüddətli görüşlərinə, bağlama, banderol, sovqat, pul qəbul edilməsinə yasaq qoyulub . Əvəzində, “laryok”da qiymətlər ceyran belinə qalxıb. Misalçün, bazar qiyməti 2 manat olan 1 “paçka” siqaret 5 manata, 1 kq-ı 3 manat olan meyvə 6 manata, 4 manatlıq şirniyyat 7 manata, 30 qəpiklik yumurta 60 qəpiyə satılır. Göz önünə gətirirəm, şəkərbura, paxlava, qoğal Novruz bayramı ərəfəsində dustağa buraxılmır, “laryok”da isə qiymətlər qanı qiymətinə! Bu mənzərə faşistin yəhudiyə qarşı göstərdiyi münasibəti xatırladır…

Təsvvür edin ki, Penitensiar Xidmətin cəzaçəkmə müəssiələrində, həbsxanada, istintaq təcridxanalarında, tərbiyə və müalicə müəssisələrində fəaliyyət göstərən “laryok”larda qanunzidd olaraq nəzarət-kassa aparatları yoxdur, faktiki vergi ödəyicisi deyillər, bütün gəlirlər “zon”, Xidmət və Nazirlik rəhbərliyi arasında dədə malı kimi bölünür. Bununla belə, faşistliklərindən də geri qalmırlar, ağıllarına və ağızlarına gələn qiyməti dustağa oxuyurlar!

İndi nə edək, dərdimizi kimə deyək, dustaqlara necə kömək göstərək? Biri Fikrət Məmmədova çatdırsa ki, Azərbaycanın Osvensim, Sobibor və Mauthausen lərində acınacaqlı durumu aradan qaldırsın, guya bir əlac edə biləcəkmi? Xeyr! Fikrət Məmmədov kimdir ki?

Sistem çökməli, süqut etməlidir!

Ki, bu və buna bənzər hallar da aradan qalxsın!

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button