2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Cəmiyyət

Həcc ziyarətinə sənəd qəbulu başladı – Qiymətlər bahalaşdı

Qafqaz Müsəlmanları İdarəsinin Ziyarət şöbəsi bu il Həccə getmək istəyən vətəndaşlardan sənəd qəbuluna başlayıb.
QMİ-dən Lent.az-a verilən məlumata görə, builki ziyarət Azərbaycanlı zəvvarlar üçün vahid formada təşkil olunacaq və təyyarə səfərləri ilə həyata keçiriləcək.
Bildirilir ki, bir nəfərlik ziyarət paketinin qiyməti 3850 ABŞ dolları təşkil edir. Builki Həcc mövsümündə Azərbaycanlı zəvvarlar üçün 600 nəfərlik kvota nəzərdə tutulur.
Nəzərinizə çatdıraq ki, zəvvarlardan sənəd qəbulu üçün xarici pasport, şəxsiyyət vəsiqəsinin surəti, 4×6 sm ölçüdə 4 ədəd ağ fonda çəkilmiş rəngli fotoşəkil və sağlamlıq haqqında arayış tələb olunur.
Qafqaz Müsəlmanları İdarəsi vətəndaşların diqqətinə çatdırır ki, Azərbaycanda Həcc ziyarətinə sənəd qəbulu yalnız İdarənin Bakı şəhəri, Mirzə Fətəli küçəsi, 7 ünvanında, Təzəpir kompleksinin yanında yerləşən Ziyarət şöbəsində aparılır.
Ətraflı məlumat üçün suallarınızı saytımızın müvafiq “sual ver” bölməsindən
(http://qafqazislam.com/index.php?lang=az&sectionid=13) göndərə bilərsiniz.
Qeyd edək ki, ötən il Həcc ziyarətlərinin qiyməti müvafiq olaraq 3500 vBŞ dolları təşkil edirdi. Belə ki, gündə iki dəfə yemək verilən və komfortu az olan otellərdə qalanlar üçün ümumi ziyarət xərci 3500 dollar, daha yaxşı şəraitli və yeməkləri daha çeşidli olan otellərdə qalmaq istəyənlər üçün ümumi xərc isə 4500 dollar olub.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button