2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Hədsiz dollarlaşma bank sektorunu ağır vəziyyətə salıb

Moody`s” beynəlxalq reytinq agentliyi yüksək dollarlaşmanı Azərbaycanın bank sektorunun əsas problemi olaraq görür.

Agentliyin eksperti Olqa Ulyanova bildirib ki, yaranmış vəziyyətdə böyük həcmdə aktivlər yeni məzənnə ilə hesablanır və bu amil bank kapitalına təzyiq göstərir: “Ötən gün sağlam görünən banklar bu gün kapitallaşma problemi ilə üzləşməkdədir. Devalvasiya zamanı kredit riskləri də artır. Heç də bütün borcluların valyutada gəliri yoxdur və onların yeni məzənnə ilə ödəniş qabiliyyətinə malik deyillər”.

Saytların yığılması Saytlarin yigilmasi

Ekspert əlavə edib ki, bununla yanaşı, banklardan depozit axını davam edir. “Banklardan götürülən depozitlərin bir qismi xarici valyutaya konvertasiya olunaraq banka qayıdır, bir qismi isə ümumiyyətlə qayıtmır”, – deyə O.Ulyanova bildirib.

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button