2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Texnologiya

Hələ təqdim olunmamış Xiaomi Mi Band 7 smart qolbağı internet mağazalarının birində ortaya çıxıb

    Xiaomi Mi Band 6 smart qolbağı Çində keçən ilin aprel ayının əvvəlində təqdim edilmişdi. Artıq 1 ildən bir qədər çox vaxtın keçməsinə baxmayaraq Xiaomi şirkəti hələ də onun davamçısını təqdim etməyib. Lakin buna baxmayaraq yeni smart qolbaq barəsində bəzi məlumatlar mövcuddur. İndi isə Xiaomi Mi Band 7 Çinin online mağazalarından birində ortaya çıxıb. İnternet mağazalarından birində Mi Band 7-nin NFC çipə sahib olan versiyası aşkar edilib. Həmin internet mağazada smart qolbağın qiyməti 40$ qeyd edilib.

Saytların yığılması Saytlarin yigilmasi

    Bu, rəsmi qiymət göstəricisi olmasa da reallığı əks etdirə bilər. Belə ki, keçən ilki Mi Band 6-nın NFC dəstəkli versiyasının satışlarına start verilən zaman 43$-a satılırdı. Beləliklə bu il Mi Band 7-nin qiymətində artımın olmayacağını görmək olar. Son məlumatlara əsasən Xiaomi artıq Mi Band 7-nin istehsalına start verib. Onun 490×192 piksel keyfiyyətli 1.56 düym rəngli AMOLED ekran ilə təchiz olunacağı gözlənilir. Bundan əlavə olaraq yeni smart qolbağın GPS sisteminə və Always on Display funksiyasına sahib olacağı da güman edilir. Çox güman ki, şirkət Mi Band 7-ni yaxın zamanda təqdim edəcək.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button