2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Həlak olan Azərbaycan əsgəri: “Allah bizi şəhidliyə layiq bilsin…”

Müdafiə Nazirliyi mətbuat xidmətinin dünənki açıqlamasında deyildiyi kimi, Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən atəşkəs rejiminin kobud surətdə pozulması nəticəsində düşmənlə atışmada Azərbaycan Ordusunun hərbi qulluqçusu əsgər Mənəfov İbrahim Möhsüm oğlu şəhid olub.

Virtualaz.org saytının Şirvan bürosunun məlumatına görə, 23 yaşlı İbrahim Mənəfov hərbi xidmətə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Neftçala Rayon Şöbəsindən ötən ilin iyul ayında ali məktəbi bitirdikdən sonra çağırılıb. Ailədə 2 qardaşdırlar. Şəhidin qardaşı da hərbi xidmətini bir neçə ay əvvəl başa vurub.

Neftçala RİH-dən saytımıza verilən məlumata görə, şəhid əsgər bu gün Neftçala rayonunun Bankə qəsəbəsindəki “Seyidlər” qəbristanlığında torpağa tapşırılacaq.

Saytların yığılması Saytlarin yigilmasi

Dünən axşam isə Neftçala RİH-in rəhbərliyi və rayon ictimaiyyəti şəhidin Bankə qəsəbəsindəki evində toplaşmışdılar.

… Yeri gəlmişkən, şəhid olmuş neftçalalı gənc İbrahim Manafov 2014- cü ilin avqust döyüşləri zamanı, hələ tələbə ikən yazırdı: “Müharibə qaçılmazdır və hər bir Azərbaycan vətəndaşının da borcudur… Mən də bunu özümə Qarabağ müharibəsi barədə eşidəndən borc bilmişəm və borcumu mütləq qaytarmalıyam… Allah bizi şəhidliyə layiq bilsin, inşallah!”.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button