Xəbərlər
Həm qızımı, həm məni aldatdılar… – Aygün
Qızımla konsert verdik, demək olar ki, bütün biletlər satıldı.
Axar.az xəbər verir ki, bu sözləri xalq artisti Aygün Kazımova “Ondan sonra” verilişində danışarkən deyib. O, təşkilatçılar tərəfindən aldadıldıqlarını bildirib:
“Gözəl konsert keçdi, amma konsertin təşkilatçısı qonorarımızı vermədi. Həmin adam “türk müğənniləri Bakıya gətirirəm” deyib, bütün gün özünü reklam edir. Amma indiyə qədər ondan qonorarımızı ala bilmirik”.