2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

“Həmin məmurun qulağını andranikin qulağı kimi kəsəcəyəm” – Təhdid

«Ən acınacaqlısı odur ki, bu gün millətdən, ölkədən xəbəri olmayan bir qrup adam Milli Məclisə toplaşıb millətin taleyi ilə məşğuldurlar».

Bu fikirləri Müasir Müsavat Partiyasının (MMP) sədri Hafiz Hacıyev deyib. O bildirib ki, bəzi məmurlar özlərini kimlərinsə gözünə soxmaq üçün AXC hakimiyyət illərini pisləyirlər: «Halbuki həmin məmurlar ölkəni elə vəziyyətə salıblar ki, indi 90-cı illərdən də ağır duruma düşmüşük. İki gündür nazirlər büdcə ilə bağlı Milli Məclisdə hesabat verirlər. O qədər yalan danışıblar ki, indi vəziyyət kritikləşib başlarını itiriblər. O nazirlərin heç birinin bu xalqa aidiyyatı yoxdur, ona görə həmin məmurlardan xalq üçün nəsə gözləməyə dəyməz. Mən dəfələrlə demişəm ki, ölkədə İlham Əliyevin əleyhinə koalisiya yaranıb. Bu koalisiya imkan vermir ki, prezident xalqın yaxşı yaşaması üçün müəyyən addımlar atsın. Tarif Şurası heç bir əsas olmadan qazın, işığın qiymətini qaldırdı. Azərbaycan xalqının 80 faizdən çoxu kasıblıq həddində yaşayır. Hökumətin bu addımı böyük əksəriyyətin narazılığına səbəb olub».
Partiya sədri Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovla bağlı məsələyə də toxunub: «Səlim Müslümovun 5 mərtəbəli villasının tikintisini mən dayandırtmışam. Mən yuxarılarla əlaqə saxladım və bildirdim ki, 2000 manat əmək haqqı ilə 5 mərtəbəli villanı necə tikidirirlər? Pensionerlər acından ölür, amma Səlim Müslümov villa tikdirir. Hər nazir öz sahəsi ilə bağlı yalanlar danışır. Bu qədər xəyanət olmaz axı. Bu adamların əsas məqsədi odur ki, xalq prezidentdən narazı düşsün. Mən mətbuat vasitəsiylə bir daha İlham Əliyevə müraciət edirəm ki, Heydər Əliyevə və ona xəyanət edən məmarlardan qurtulmağın zamanı çatıb. Bir qocalar evi var, başdan-ayağa korrupsiyaya bulaşıb. İlk addım həmin qocaları istiefaya göndərmək olmalıdır. Özü də vəzifədən kənarlaşdırılan məmurların qanunsuz yolla əldə etdikləri mülklər əllərindən alınmalıdır, hərraca çıxarılmalıdır. 10-15 villanı satsalar, il ərzində camaatın qaz və işıq pullarını vermək olar».
MMP sədri onu da vurğulayıb ki, nə qədər ki, başı kifləşmiş adamlar hələ də hökumətdə təmsil olunurlar, ölkədəki bu ağır vəziyyət davam edəcək: «Kimlər mənim qardaşıma xəyanət edəcəksə, mən də həmin məmurun qulağını andranikin qulağı kimi kəsəcəyəm. Həmin məmurlar ərəb şeyxləri kimi yaşayırlar, xaricdə evləri, banklarda hesabları var. Sabah burda ara qarışan kimi hamısı qaçıb gedəcək, camaat pis vəziyyətdə qalacaq. Ona görə də biz hamılıqla İlham Əliyevin yanında olmalıyıq, xəyanətkar məmurları zərərsizləşdirmək üçün ona dəstək verməliyik».(mia.az)

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button