2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏ

Həmişəki kimi yenə gecikmiş qərar

Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Gültəkin Hacıbəyli

Saytların yığılması Saytlarin yigilmasi

Dünyada və ölkəmizdə koronovirus adlı qorxunc bəla böyük sürətlə yayılmaqdadır. Təəssüf ki, hələ də bu dəhşətli xəstəliyi ciddiyə almayanlar var. Virus ağciyərlərə düşərsə, onu inanılmaz bir sürətlə darmadağın edir.

Bizlər həftələrdir efirlərdən az qala hökumətə yalvarırdıq ki, təcili olaraq İranla sərhəddi bağlayın, məktəbləri qapadın. Etdilər, ancaq iş işdən keçəndən sonra etdilər. İrandan ölkəmizə bəlkə də yüzlərlə koronavirus daşıyıcısı keçəndən sonra etdilər.

Bunu vaxtında, məsələn, Ermənistan etdiyi kimi bir ay öncə etsəydilər, indiki kimi başlarını itirməzdilər. Yalnız son iki gündə bu faciəni ciddiyə almağa başlayıblar.

Ən sərt və ciddi təcridəalma tədbirlərini dəstəkləyirəm. Fəlakətin qarşısını almağın, ən azı yayılmasını məhdudlaşdırmağın başqa yolu yoxdur. İnsanlarımız da dövlətin aldığı məcburi karantin qərarlarına anlayışla yanaşmalıdırlar.

Üzümü hakimiyyətə tutub deyirəm: İranla sərhəddin bağlanmasında etdiyiniz səhvi həbsxalnalarla bağlı təkrarlayırsınız!

Orada məhbusların tam təcriddə olduğuna arxayınsınızsa, yanılırsınız. Bircə məhbusun, bir həbsxana əməkdaşının yoluxması yetər ki, antisanitariya, stress, qidasızlıq və yüksək sıxlıq şəraitində virus ildırım sürətilə yayılsın!

Odla oynayırsınız, təcili olaraq həbsxanaların yükünü azaldın! Cəmiyyət üçün təhlükəsi olmayan məhbusları evə buraxın! Onsuz da bu dərd bütün dünyanın, bütün ölkəmizin üzərinə qara yara kimi çöküb, xalqa əlavə yük olmayın, əlavə problem yaratmayın, lütfən! Heç olmasa indi, bu çətin sınaq günlərində təhlükənin miqyasını və potensialını nəzərə alıb insanlıq nümayiş etdirin!

Geniş amnistiya elan edin, on illərdir ürəyini qırdığınız, taleyini puç etdiyiniz xalqı yenidən zülmünüzlə sınağa çəkməyin, az da olsa savab qazanın, azacıq da olsa xalqı düşündüyünüzü sübut edin! Koronavirus həbsxanalara ayaq açmadan bunu edin!

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button