2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

''Həmməruzəçilər Səid Dadaşbəylinin işi ilə xüsusi maraqlandılar''

Arif Hacılı: ”Məlun oldu ki, hesabatda əsas diqqət siyasi məhbus məsələsinədir”

Saytların yığılması Saytlarin yigilmasi

Müsavat Partiyasının başqanı Arif Hacılı və AXCP sədri Əli Kərimli, eləcə də hüquq müdafiəçiləri Bakıda olan Avropa Şurası Parlament Assambleyasının Azərbaycan üzrə məruzəçiləri Ştefan Şennak və Sezar Florin Preda ilə görüşüblər.

Görüşün əsas müzakirə obyekti Azərbaycandakı siyasi məhbus problemi olub və həmməruzəçilər bununla bağlı hakimiyyət rəsmiləri ilə də danışdıqlar aparıb. İyunun 13-də isə həmməruzəçilər bəzi siyasi məhbuslarla görüşəcəklər.

Müsavat Partiyasının başqanı Arif Hacılı Meydan TV-yə deyib ki, o, siyasi məhbuslar probleminin önəmini vurğulamaqla bərabər siyasi, seçki islahlatlarının zəruriliyini, söz, mətbuat, sərbəst toplaşmaq azadlıqları istiqamətində ciddi addımların atılmasının vacibliyini söyləyib. 

Arif Hacılı foto Meydan TV
Arif Hacılı foto Meydan TV.

“Eyni zamanda, Venessiya Komissiyası, ATƏT-nin Varşava ofisinin bu barədə tələblərini xatırlatdım. Onlar müəyyən hesabatlar hazırladıqlarını, Bakının Avropa Şurası qarşısındakı öhdəliklərinin yerinə yetirilməsi istiqamətindəki səylərini bildirdilər. Məlum oldu ki, hesabatda əsas diqqət siyası məhbus məsələsinədir”.

A.Hacılının sözlərinə görə, həmməruzəçilər jurnalist Əfqan Muxtarlının həbsindən xəbərdardılar:  “Onlar Mehman Hüseynovun, Gözəl Bayramlının və Əfqan Muxtarlının işini diqqətdə saxladıqlarını dedilər”.

Həmməruzəçilərlə görüşən hüquq müdafiəçisi Arzu Abdullayeva da bildirdi ki, onlar bütün siyasi məhbusların durumuyla maraqlanıblar:

Arzu Abdullayeva
Arzu Abdullayeva.

“Ancaq Səid Dadaşbəylinin işi ilə bağlı xüsusilə danışdılar, dedilər ki, bu məsələni hərtərəfli öyrəniblər və ciddi suallar doğurub. Məsələn, dedilər ki, bu gənclərin islamçı olması haqda ittihamlar inandırıcı deyil. Bizə Taleh Bağırzadə barəsində suallar verdilər və bunun əsnasında dedilər ki, Azərbaycanda islam faktoru yoxdur, daha çox dünyəvi dövlət təsiri bağışlayır. Həm də son həbslərlə maraqlandılar və hər şeydən də xəbərdardılar. Yəni Gözəl Bayramlının, Əfqan Muxtarlının həbsindən də danışdıq. Biz demokratik Gürcüstanın atdığı addımdan, azərbaycanlı fəalın saxlanılmasına şərait yaratmasından məyus olduğumuzu çatdırdıq. Görüşdə iştirak edən Məhərrəm Zülfüqarlı Ermənistanın Azərbaycanı Sərsəng su anbarıyla hədələdiyini dedi, Ştefan Şennak cavab verdi ki, o, bu məsələdən xəbərdardır və Parlament Assambleyasında gündəmə gətirib”.

24saat.org

Mənbə – www.meydan.tv

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button