Siyasət
Həmsədrlər Dağlıq Qarabağa da gedəcəklər
ATƏT-in Minsk qrupunun həmsədrləri Endryü Şofer (ABŞ), Stefan Viskonti (Fransa) və İqor Popov (Rusiya) regiona səfərləri çərçivəsində işğal altında olan Azərbaycan ərazilərinə də gedəcəklər.
APA-nın verdiyi məlumata görə, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Tiqran Balayan bildirib.
T. Balayan deyib ki, həmsədrlər fevralın 8-9-da Yerevanda Ermənistan rəhbərliyi ilə danışıqlar aparandan sonra oradan Dağlıq Qarabağa səfər edəcəklər.
Onların separatçı rejimin “rəhbərliyi” ilə görüşləri nəzərdə tutulur.
Qeyd edək ki, Ermənistan əvvəl həmsədrlər Azərbaycanda səfərdə olacaqlar.