2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Hər 10 ölümdən biri siqaretə görədir

“The Guardian” yazır ki, yenicə aparılmış araşdırmanın nəticələrinə görə, dünya boyunca hər 10 ölümdən biri siqaret çəkmək vərdişi ilə bağlıdır və bu təhlükə bütün planet boyunca artmaqda davam edir.

Bir çox ölkələrdə tütün məmulatlarına nəzarət siyasətinin mövcud olmasına baxmayaraq, 2015-ci ilin məlumatına görə, bütün dünyada 1 milyard siqaret çəkən var.

Saytların yığılması Saytlarin yigilmasi

Bu da qeyd olunur ki, dünya əhalisi artdıqca, siqaret çəkənlərin də sayca artacağı gözlənilir. Hazırda dünyada hər dörd kişidən və hər 20 qadından biri siqaret çəkir.

Yeni araşdırmanın hesabatında deyilir ki, bu adamların ömürlərinin qısa olacağı gözlənilir, çünki siqaret erkən ölüm və əlilliyin səbəbi kimi, yüksək qan təzyiqindən sonra ikinci ən böyük faktordur.

Alimlər bildirirlər ki, 2015-ci ildə dünyada siqaret çəkməklə bağlı 6, 4 milyon ölüm halı olub. Bunların yarısı ən böyük əhalilərə malik dörd ölkədə – Çin, Hindistan, ABŞ və Rusiyada baş verib.

Lancet tibb jurnalında dərc olunmuş hesabatda deyilir ki, bütün bunlara baxmayaraq tütün məmulatlarına nəzarət siyasəti də öz bəhrəsini verib.

Dünya Səhiyyə Təşkilatının 2005-ci il Konvensiyasını 180 ölkə imzalayıb. Bu Konvensiya ictimai yerlərdə siqaret çəkilməsinin yasaq edilməsini, siqaretlərə yüksək vergi qoyulmasını, tütün məhsullarının reklam və marketinqinin qadağasını tövsiyə edir.

1990-2015-ci illər arasında siqaret çəkən kişilərin sayı 35 faizdən 25 faizə enib. Qadınlar üçün bu rəqəm müvafiq olaraq 8 və 5 faiz olub.

Siqaret çəkənlərin sayı ən kəskin şəkildə Latın Amerikasında, xüsusən də Braziliyada azalıb.

Lakin Washington Universiteti Səhiyyə Ölçü və Qiymətləndirilməsi İnstitutunun apardığı araşdırmanın nəticələrində deyilir ki, əksər ölkələr siqaretlə mübarizədə cüzi uğur qazana biliblər.

Bu da deyilir ki, kişilər arasında siqaret çəkmək vərdişi qadınlardan daha geniş yayılsa da, bu adəti tərgidənlərin ən böyük payı kişilərə düşür. Qadınlar arasında siqaret çəkənlərin sayında çox az fərq qeydə alınıb.

Araşdırmanın müəlliflərindən doktor Emmanuela Gakidou deyib ki, hazırda dünyada 933 milyon gündəlik qaydada siqaret çəkən var və bu, “şoka salan rəqəmdir”.

Hesabatda ayrı-ayrı ölkələrə dair həyəcanlı məlumatlar da var. Məsələn, Rusiyada son 25 ildə siqaret çəkən qadınların sayı artıb. Elə Qərb ölkələri də var ki, bunlarda hər üç qadından biri siqaret çəkir.

Siqaret ölümlərinin sayına görə kədərli liderlik Çin və İndoneziyaya aiddir.

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button