2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Cəmiyyət

Hər ailəyə 200 dollar verilsin! – Tahir Kərimlidən təklif

“Hər bir ailənin hesabına 200 dollar ekvivalentində pul qoyulsun”.

Bu təkliflə Milli Məclisin deputatı Tahir Kərimli parlamentin oktyabrın 18-də keçirilən plenar iclasında çıxışı zamanı bildirib.

O xatırladıb ki, Azərbaycanda 2021-ci ildə 112 min körpə doğulub: “Təklif edirəm ki, həmin körpələr üçün hesab açılsın və 2 000 dollar pul köçürülsün. Neft-qazla zəngin olan bir sıra dövlətlərdə bu rəqəm on minlərlə dollardır. Bizdə isə bu rəqəm ümumilikdə 224 milyon edir. Bu da Neft Fondunda olan vəsaitlərin yarı faizindən də aşağıdır. Azərbaycanda əhalinin kommunal ödənişləri həyata keçirməsində müəyyən problemlər var. Azərbaycanda 2 milyon 200 minə yaxın ailə var. Təklif edirəm ki, hər bir ailənin hesabına 200 dollar ekvivalentində pul qoyulsun. Bu da onlara kommunal ödənişləri ödəməyə kömək etsin. Hesab edirəm ki, bu, Neft Fondu üçün böyük məbləğ olmaz”.

Saytların yığılması Saytlarin yigilmasi

24 saat” “Hər ailəyə 200 dollar verilsin! – Tahir Kərimlidən təklif” başlıqlı yazını “Pressklub”a istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button