2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
iqtisadiyyatİqtisadiyyat

Hər ay 5 milyard dollar – Ukrayna yardım alacaq

Beynəlxalq Valyuta Fondu (BVF) Ukrayna vətəndaşları qarşısında bütün sosial və humanitar öhdəlikləri yerinə yetirmək üçün bu ölkənin büdcəsinə ayda 5 milyard dollar daxil olacaq xüsusi inzibati hesab yaradıb.

Bu barədə məlumatı Ukrayna baş naziri Denis Şmıqal yerli mətbuata bildirib.

“Biz Beynəlxalq Valyuta Fondu ilə davamlı əməkdaşlıq edirik. Razılaşmaya görə, Beynəlxalq Valyuta Fondu xüsusi inzibati hesab yaratdı və bu hesab vasitəsilə bütün tərəfdaşlarımız dəstək göstərəcək. Həm Fond, həm də Dünya Bankı tərəfindən aylıq 5 milyard dollar vəsait köçürüləcək. Bu, müharibədən əziyyət çəkən dövlətimizin sakinləri qarşısında bütün sosial və humanitar öhdəliklərin yerinə yetirilməsi üçün Ukraynanın büdcəsinin tələb etdiyi vəsaitdir”, – Şmıqal bildirib.

Saytların yığılması Saytlarin yigilmasi

O, həmçinin qeyd edib ki, BVF-nin icraçı direktoru Kristalina Georgiyevanın Ukraynada qohumları var və buna görə də o, Ukraynadakı vəziyyəti belə dərindən başa düşür.

“Birbaşa Beynəlxalq Valyuta Fondunun direktoru Kristalina Georgiyeva da Ukraynadakı vəziyyəti dərindən başa düşür, burada – Ukraynada ailəsi var, onunla faktiki əlaqə saxlayır və baş verən bütün hadisələr barədə məlumatlanır. Buna görə də o, həm də emosional olaraq Ukraynaya dəstək verməkdə iştirak edir”, – Şmıqal bildirib.

24 saat” “Hər ay 5 milyard dollar – Ukrayna yardım alacaq” başlıqlı yazını “Pressklub”a istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button