2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəmİqtisadiyyat

Hər sakin ayda orta hesabla neçə manatlıq ərzaq alır?

2017-ci ilin ilk rübündə pərakəndə ticarət şəbəkəsində satılan məhsulların dəyəri əvvəlki ilin eyni dövrü ilə müqayisədə 1,6 faiz artaraq 7,9 milyard manat olub. Novator.az-ın məlumatına görə, Dövlət Statistika Komitəsi bildirir ki, ticarət dövriyyəsinin 4 milyard manatını ərzaq məhsulları, içkilər və tütün məmulatları, 3,9 milyard manatını qeyri-ərzaq məhsulları təşkil edib. Satılan məhsulların dəyəri 2016-cı ilin yanvar-mart aylarının göstəricilərini real ifadədə müvafiq olaraq 0,7 faiz və 2,6 faiz üstələyib.

Hesabat dövründə istehlakçıların pərakəndə ticarət şəbəkələrində xərclədiyi vəsaitin 45,5 faizi ərzaq məhsullarının, 5,5 faizi içkilər və tütün məmulatlarının, 17,7 faizi toxuculuq məhsulları, geyimlər və ayaqqabıların, 5,2 faizi elektrik mallarının, 4,9 faizi avtomobil yanacağının, 1,3 faizi əczaçılıq və tibbi malların, 0,9 faizi mebellərin, 0,8 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 18,2 faizi isə digər qeyri-ərzaq məhsullarının alınmasına sərf olunub.

Saytların yığılması Saytlarin yigilmasi

Hesabat dövründə əhalinin bir nəfərinə düşən orta aylıq pərakəndə ticarət dövriyyəsi 272,4 manat və ya 2016-cı ilin müvafiq göstəricisindən nominal ifadədə 36,5 manat çox olub. Ticarət şəbəkəsində bir ölkə sakini orta hesabla hər ay 138,8 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 133,6 manatlıq qeyri-ərzaq məhsulları alıb.

 

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button