2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

Hərbçilərin ikiqat maaşı bərpa olundu

Azərbaycan Ordusunun Ermənistanla dövlət sərhədində, Qarabağ bölgəsində və Rusiya sülhməramlı kontingentinin yerləşdirildiyi zonaya bitişik ərazilərdə xidmətdə olan hərbi qulluqçuların vəzifə maaşlarına 100 faiz müddətli əlavələr təyin edilib.

Bu barədə “Turan” agentliyinə Müdafiə Nazirliyindən məlumat verilib.

Saytların yığılması Saytlarin yigilmasi

Məlumata görə, post-müharibə dövrünün bir sıra təhdidlərini, xidmətin xüsusiyyətlərini, qulluq və sosial-məişət şəraitinin mürəkkəbliyini nəzərə alaraq, müdafiə nazirinin əmrinə əsasən, hərbi qulluqçuların vəzifə maaşlarına müddətli əlavələr müəyyən edilib: “İşğaldan azad edilmiş və hazırda infrastruktur qurulmayan ərazilərdə hərbi xidmət çəkən hərbçilərin vəzifə maaşlarına isə 50 faiz həcmində müddətli əlavələr təyin olunub”.

Əmrin cari ilin yanvar və fevral ayları üçün ödəniləcək pul təminatına da şamil edildiyi bildirilir.

İkinci Qarabağ müharibəsi başa çatdıqdan sonrakı bir neçə ayda cəbhə bölgəsində xidmət edən hərbi qulluqçulara döyüşlər zamanı verilən ikiqat əməkhaqqının yarıya qədər azaldıldığı ilə bağlı şikayətlər eşidilirdi.

Xatırlatma

2020-ci il sentyabrın 27-də Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində ağır döyüşlər başlamışdı. 44 günlük bu müharibə və sonrakı razılaşma nəticəsində Azərbaycan Dağlıq Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti ələ alıb.10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya rəhbərləri arasında) əsasən, həmçinin, Laçın dəhlizində və qoşunların təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib. Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir. Bu döyüşlər zamanı Azərbaycan tərəfdən 2 min 881 hərbi qulluqçunun həlak olduğu açıqlanıb. Müasir mərhələdə Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər (Birinci Qarabağ müharibəsi) Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

24 saat” “Hərbçilərin ikiqat maaşı bərpa olundu” başlıqlı yazını “Azadlıq Radiosu”na istinadən dərc edib.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button