2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

Hərbi çağırışa görə rüşvətdə günahlandırılanlar var

Hərbi xidmətə çağırışla bağlı rüşvət almaqda günahlandırılan vəzifəli şəxslərin tutulduğu bildirilir. Bununla bağlı Baş Prokurorluq məlumat yayıb.

Saytların yığılması Saytlarin yigilmasi

Rəsmi açıqlamaya görə, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sabunçu Rayon İdarəsinin vəzifəli şəxsləri vətəndaşlardan rüşvət almaqda şübhəli sayılırlar: “Rəis müavini – Səfərbərlik şöbəsinin rəisi Adil Hüseynovun saxta tibbi rəy əsasında hərbi xidmətə yararsızlıq müddətinin 3 il uzadılması, həmin idarənin Həqiqi hərbi xidmətə çağırış şöbəsinin rəisi Toğrul İsgəndərovun isə həqiqi hərbi xidmətə cəlb olunmama müqabilində rüşvət almasına əsaslı şübhələr müəyyən edilib”.

İddiaya görə, həmin vəzifəli şəxslərin üzərində və xidməti otaqlarında axtarış aparılan zaman iş üzrə əhəmiyyət kəsb edən sübutlar aşkar edilərək götürülüb: “Adil Hüseynov və Toğrul İsgəndərov Cinayət Məcəlləsinin 311.3.2, 311.3.3-cü (təkrar və külli miqdarda rüşvət alma) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq barələrində məhkəmə qərarı əsasında həbs-qətimkan tədbiri seçilib”.

Hələlik, rəsmi açıqlamaya həbs edilən şəxslər və onların vəkillərindən münasibət almaq mümkün olmayıb.

AzadliqRadiosu

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button