2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Hərbi ekspertdən jurnalistin təklifinə dəstək

 Üzeyir Cəfərov: “Müdafiə Nazirliyinin saytında erməni dilində xəbər xidmətinin yaradılması məqsədəuyğundur”

Məlum olduğu kimi, jurnalist Seymur Əliyev Azərbaycanın Müdafiə Nazirliyinin rəsmi saytında erməni dilində xəbər xidmətinin yaradılmasının zəruriliyi təklifi ilə çıxış edib. Təklifdə deyilir:

“Müdafiə Nazirliyinin rəsmi saytında erməni dilində xəbər xidməti yaradılmasına ehtiyac var. Bu, təmas xəttində baş verən hərbi toqquşmalar, verilən itkilərlə bağlı erməni ictimaiyyətinin obyektiv şəkildə məlumatlandırılması, rəsmi İrəvanın yalanlarının ifşası baxımından böyük əhəmiyyət kəsb edir. Hər kəsə bəllidir ki, Sərkisyan rejimi hərbi toqquşmalardakı uğursuzluqlarını gizlətmək məqsədi ilə öz itkilərini dəfələrlə azaldır, baş verən qarşıdurmaların təşəbbüskarı kimi Azərbaycanı təqdim edir. Belə bir xidmətin yaradılması erməni ictimaiyyətinə Emənistan Müdafiə Nazirliyinin təqdim etdiyi informasiyaları müqayisəli şəkildə təhlil etmək, rəsmi İrəvanın onları necə, hansı miqyasda aldatması  ilə bağlı təsəvvür əldə etməsinə imkan verə bilər. Məlum xidmətin formalaşması Azərbaycanın erməni ictimai rəyinə təsir imkanlarını da artırar ki, bu da hərbi qələbələrdən heç də az əhəmiyyətli deyil”.

Saytların yığılması Saytlarin yigilmasi

Məsələ ilə bağlı 24saat.org-a açıqlama verən “Hərbi Jurnalistlər” İctimai Birliyinin rəhbəri, hərbi ekspert Üzeyir Cəfərov jurnalistin təklifini dəstəklədiyini, belə bir təklifin reallaşmasının faydalı ola biləcəyini vurğulayıb:

“Hesab edirəm ki, son günlər cəbhə xəttində baş vermiş və ümumiyyətlə qoşunların təmas xəttində yaşanan gərginliklər bağlı bütün dövlət və hökumət strukturları ən aktiv şəkildə fəaliyyət göstərməlidirlər. Təkrar da olsa xüsusi olaraq bir daha vurğulayıram ki, 20 ildən artıq müddətdə irili-xırdalı beynəlxalq qurumlarım – BMT, ATƏT və digərlərinin edə bilmədiyini şanlı Azərbaycan Silahlı Qüvvələri demək olar ki bir neçə saatın içində həll etdi. Və bütün dünyaya indiyə kimi Azərbaycan siyasi və hərbi rəhbərliyinin saysız-hesabsız şəkildə bəyan etdikləri o fikri təqsdiq etmiş oldular ki, biz heç vaxt öz ərazilərimizin işğalı ilə barışmayacağıq və düşmənə də ərazilərimizdə ikinci erməni dövlətinin yaranmasına imkan verməyəcəyik. Qısası, Azərbaycan əsgəri üzərinə düşəni etdi. İndi yerdə qalan qurumlar bu işi siyasi və digər müstəvilərdə davam etdirməlidirlər. Bəli, mən də o fikrə tam qatılıram ki, biz haqlı olduğumuz halda, bəzən öz haqqımızı tam, açıq və aydın şəkildə lazımı ünvanlara çatdıra bilmirik. Bunun ən yaxşı yollarından biri də, düşmənlərimiz və onların ətrafında güclü maarifləndirmək və təbliğat işlərinin aparılmasıdır ki, bu iş gecəli-gündüzlü aparılmalıdır. Bunun üçün ələlxüsus da erməni dilində həm verlişlərin, yazıların və faktların geniş tirajlanmasına əhəmiyyət verilməlidir. Hətta, Müdafiə Nazirliyimizin rəsmi saytında erməni dilində məlumatların verilməsini də biz təşkil etsək, pis olmaz. Bu yaxınlarda Azərbaycanın tanınmış xəbər agentliklərindən biri bu istiqamətdə işə başladı. Bu çox yaxşı halıdr. Hesab edirəm ki, Azərbaycan Müdafiə və Xarici İşlər nazirliklərinin saytlarında da bu iş hərtərəfli təşkil olunmalıdır. Nə qədər ki, bu münaqişə bizim ərazi bütövlüyümüz və suverenliyimizin təmin olunması ilə nəticələnməyib, biz durmadan bu təbliğat və təşviqat işlərini görməliyik. Bu həm də bəzən erməni ictimai rəyinə təsir göstərmək nöqteyi-nəzərdən də doğru və düzgün addım olardı”.

 

24saat.org

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button