2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

Hərbi qulluqçunun minaya düşüb həlak olduğu bildirilir

Kəlbəcər hərbi prokurorluğundan isə bildirilib ki, hərbi prokurorluğun əməkdaşları  hadisə yerinə baxış keçirib, məhkəmə-tibb ekspertizası təyin edilib

Saytların yığılması Saytlarin yigilmasi

İşğaldan azad edilən Kəlbəcər rayonunun şərqində mina partlaması nəticəsində avqustun 5-də Azərbaycan ordusunun hərbi qulluqçusu Babək Əsgər oğlu Əliyevin həlak olduğu deyilir.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Kəlbəcər hərbi prokurorluğundan isə bildirilib ki, hərbi prokurorluğun əməkdaşları hadisə yerinə baxış keçirib, məhkəmə-tibb ekspertizası təyin edilib, digər prosessual hərəkətlər yerinə yetirilib.

Açıqlamaya görə, aparılmış ilkin araşdırmalarla Babək Əliyevin rayon ərazisində xidməti vəzifələrini icra edərkən piyada əleyhinə minaya düşməsi nəticəsində həlak olması müəyyən edilib:

“Faktla bağlı Kəlbəcər hərbi prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb.Hazırda istintaq davam edir.”

Amma, hələlik, hadisəyə hərbi qulluqçunun yaxınlarından münasibət almaq mümkün olmayıb.

Mina itkiləri

Azərbaycan rəsmiləri deyirlər ki, 2020-ci il noyabrın 10-da üçtərəfli bəyanatın imzalanmasından sonra işğaldan azad edilən ərazilərdə 250-ə yaxın şəxs minaya düşüb. Onlardan 40-a yaxının həlak olduğu bildirilir.

Üçtərəfli bəyanatın imzalanmasından bir müddət sonra, Azərbaycan rəsmiləri Ermənistan tərəfini minalanmış ərazilərin xəritələrini onlara verməməkdə günahlandırırdı.

Lakin sonra Azərbaycanda tutulan Ermənistan hərbçilərindən bir neçə qrupunun təhvil verilməsi əvəzi azad olunan bir sıra rayonlara aid mina xəritələrinin geri alındığı açıqlanmışdı.

Amma sonradan da Azərbaycan Prezidenti həmin xəritələrin reallığı böyük ölçüdə əks etdirməməsi ilə bağlı narazılığını bildirdi.

Buna cavab olaraq Ermənistan baş naziri Nikol Paşinyan deyib ki, “Biz əlimizdə olan xəritələri Azərbaycana verdik.

O, əlavə edib ki, onlar “yaxşısını siyirtmədə saxlayıb, pis keyfiyyətdə olanı verməyiblər”

Xatırlatma

2020-ci ildə, İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf 7 rayona ( Kəlbəcər rayonu daxil) nəzarəti bərpa edib.

Həmin ilin 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya arasında) əsasən, döyüşlər dayandırılıb, Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

AzadliqRadiosu

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button