2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

Hərbi təqaüdçülər ƏƏSMN-ni destruktiv qanun layihəsi hazırlamaqda ittiham ediblər

Bakı/07.01.22 Azərbaycanın hərbi təqaüdçüləri prezident İlham Əliyevin ünvanına Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN), onların fikrincə, destruktiv olan siyasətinə müdaxilə etmək xahişi ilə açıq məktub mətnini hazırlayıblar və imza toplayırlar. Hərbi təqaüdçülər hesab edirlər ki, ƏƏSMN qəsdən cəmiyyətdə gərginlik, dövlət və orduda xidmət etmiş zabitlər arsında təfriqə yaradır. Onlar 1 yanvar 2022-ci il tarixindən etibarən on minlərlə Azərbaycan vətəndaşının pensiyalarında artımın hərbi təqaüdçüləri əhatə etmədiyini xatırladırlar.

Müraciət müəllifləri ƏƏSMN-nin hərbi təqaüdçülərin hüquqlarını pozacaq qanun hazırladığını bildirirlər. 2006-cı ildə qəbul edilmiş qanunda həm hərbi təqaüdün, həm də hərbi qulluqçuların təminat xərcliyinin ölçüsünün illik indeksasiyası (inflyasiyadan asılı olaraq) nəzərdə tutulurdusa, hazırlanan qanun layihəsində təminat xərcliyinin illik indeksasiyasından söhbət getmir. Üstəlik, hərbi təqaüdçülərin təminat xərcliyinin ləğv edilməsi təklif olunur, deyə bu kateqoriyadan olan vətəndaşlar bildirirlər.

Onlar 1992-ci ildə qəbul edilmiş “Hərbi təqaüdçülərin pensiya təminatı haqqında” qanunun bu vətəndaşların sosial hüquqlarını 2006-cı ildə qəbul edilmiş, hərbi təqaüdçülər haqqında müddəalar daxil edilmiş “Əmək pensiyaları haqqında” qanundan daha yaxşı qoruduğunu qeyd edirlər. Nazirlikdə hazırlanan qanun layihəsi isə hərbi təqaüdçülərin hüquqlarını qorumur.

Saytların yığılması Saytlarin yigilmasi

Müraciət müəllifləri prezidentdən ƏƏSMN-in bir tərəfdən dövlət və digər tərəfdən fəaliyyətdə olan və ehtiyata buraxılmış hərbi qulluqçular arasında gərginlik yaratmaması üçün bu quruma müdaxilə etməyi xahiş edirlər. Nazirliyin on minlərlə ölkə vətəndaşının hüquqlarını pozan qanun layihəsi hazırlamaqdan imtina etməsini istəyirlər.

Müraciətin imzalanmış surəti Milli Məclisə, Ombudsman Aparatına, ƏƏSMN-yə və Müdafiə Nazirliyinə göndərilib.

Ertəsi gün (yanvarın 7-də) əmək və əhalinin sosial müdafiəsi nazirinin ictimaiyyətlə əlaqələr üzrə köməkçisi Fazil Talıbov hərbi təqaüdçülərin müraciətinə cavab verib. O, müraciətin təşəbbüskarını – Üzeyir Cəfərovu qəsdən cəmiyyətdə gərginlik yaratmaqda ittiham edib. Buna cavab olaraq Cəfərov ƏƏSMN başçısından yüz minlərlə insanın əmək haqqını və pensiyasını artıran nazirliyin hərbi təqaüdçüləri niyə unutduğunu soruşub. Cəfərov nazirin köməkçisinə ifadələrini seçərkən diqqətli olmağı məsləhət görüb. -0-

 

Turan

“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button