2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Cəmiyyət

Hərbi xidmətlə bağlı əsasnaməyə dəyişikliklər olunur

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) yaradılması ilə əlaqədar mövcud qanunvericiliyin təkmilləşdirilməsi məqsədilə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamədə dəyişiklik ediləcək.

24saat.org modern.az-a istinadən xəbər verir ki, bununla əlaqədar “Hərbi xidmətkeçmə haqqında” Əsasnaməyə yeni bəndlərin əlavə edilməsi təklif olunur.

Əsasnamənin 46-cı maddəsinə görə, bərabər hərbi rütbəyə yenidən attestasiya edilmiş hərbi qulluqçulara hərbi rütbədə olma müddəti onun yeni attestasiyaya qədər olduğu hərbi rütbənin verilməsi haqqında əmr imzalandığı gündən hesablanır.

Saytların yığılması Saytlarin yigilmasi

Dəyişiklik layihəsinə əsasən, zabit heyəti vəzifələrini tutmaq üçün dövlət orqanlarında qulluq keçən şəxsləri həqiqi hərbi xidmətə qəbul edərkən onlara yenidən attestasiya edilmə qaydasında onlara zabit heyəti rütbəsi verilir.

Belə ki, tutduğu vəzifə və rütbəsi nəzərə alınmaqla təyin olunacaqları vəzifə üzrə nəzərdə tutulmuş hərbi rütbədən yuxarı olmayan Silahlı Qüvvələrin zabit heyəti rütbəsi verilir.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button