2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

Hərbi yük daşıyan Ukrayna təyyarəsi Yunanıstanda qəzaya uğrayıb

Ukraynaya məxsus An-12 yük təyyarəsi Yunanıstanın şimalında qəzaya uğrayıb. Hadisə şənbə günü axşam saatlarında baş verib.

Saytların yığılması Saytlarin yigilmasi

İlkin məlumata görə, təyyarədə 8 nəfər olub, onların hamısı həlak olub.

Ukrayna Xarici İşlər Nazirliyinin məlumatına görə, təyyarədə olanların hamısı Ukrayna vətəndaşları olub.

Ukraynanın “Meridian” aviaşirkətinə məxsus təyyarə Serbiyaya məxsus hərbi yükü Banqladeşə aparırmış.

Serbiya müdafiə nazirinin sözlərinə görə, təyyarədə artilleriya üçün mərmi yandırıcıları olub. Təyyarədə təxminən 11 tondan bir qədər artıq yük olduğu bildirilir.

Təyyarə qəzası ilə bağlı yayılan videoda onun hələ havada olarkən alovlandığı görünür. Yerə düşdükdən sonra güclü partlayış olub.

Yanğınsöndürmə işləri gecə boyu davam edib. Yerli hakimiyyət orqanları yaxınlıqdakı yaşayış məntəqələrinin sakinlərini maska taxmağa, pəncərə və qapıları açmamağa çağırıblar.

Qəzanın səbəbi hələ müəyyən edilməyib. Yunanıstan mətbuatı yazıb ki, Serbiyanın Nis şəhərindən havaya qalxdıqdan az sonra pilot Yunanıstan hava dispetçerindən mühərrik problemləri səbəbindən təcili eniş istəyib.

Təyyarə İordaniyanın paytaxtı Əmmana uçub. Yerli hakimiyyət nümayəndələrinin məlumatına görə, təyyarə orada yanacaq doldurmalı olub.

AzadliqRadiosu

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button