2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

Hərraca niyə 300 milyon dollar çıxarıldı?

Samir Əliyev: «Referenduma qədər bazarda sakitlik yaratmağa çalışılır»

Dünən Mərkəzi Bankın Dövlət Neft Fondu (ARDNF) ilə birgə keçirdiyi valyuta hərracında tələbat 330-340 mln. ABŞ dolları olub. Bu barədə “Report”a bank dairələrindən bildirilib. Hərraca çıxarılan valyuta isə bundan bir qədər az – 300 mln. dollar olub. Bunun 100 mln. dollarını AMB, 200 mln. dollarını isə ARDNF təmin edib.

Saytların yığılması Saytlarin yigilmasi

Hərracın yekununda kommersiya banklarının cari tələbatı təxminən 10-13% kəsirlə təmin olunub və satışa çıxarılan valyuta kütləsi tam həcmdə realizə edilib. Nəticədə ABŞ dollarının satış məzənnəsinin yuxarı həddi 1,6444 AZN/USD olub. Qeyd edək ki, əvvəlki hərraclarla müqayisədə kommersiya banklarının dollara tələbatı təxminən iki dəfə azalıb.

ARDNF-dən verilən məlumata görə, Fondun hərraca çıxardığı 200 mln. dollar məbləğində vəsait 22 kommersiya bankına satılıb.

Bəs, hərraca çıxarılan vəsaitin artırılmasının səbəbi nədir? Keçən ay oxşar addım atılanda buna səbəb pensiyaların verilməsiylə bağlı idi? Bu dəfə hərraca ənənəvi məbləğdən yüksək vəsaitin çıxarılması nəylə bağlıdır?

İqtisadçı Samir Əliyev hesab edir ki, bankların «qara bazar»a dollar yönəltməsi üçün marja 4-dən 8-ə qaldırılmalıdır. Eyni zamanda təklif də artırılmalıdır ki, bazarda situasiya stabilləşsin: «Hiss olunur ki, bazara çoxlu dollar buraxılıb. Son hərracda da əvvəlkilərdən fərqli olaraq tələbatın aşağı düşməsi onu göstərir ki, bankların tələbatı ödənilib. Bəs bu ajiotaj nəyə lazım idi? Əgər 300 milyon buraxmaqla bu ajiotajı yatırtmaq mümkün idisə, indiyə qədər bu niyə edilmirdi? Bir aya yaxın bu prosesin davam etməsi nəyə lazım idi? Düşünürəm ki, bu prosesin səbəbi çox sadədir. Referenduma qədər bazarda sakitlik yaratmağa çalışılır. Ola bilsin eöbəti hərraclarda da bazara daha artıq dollar buraxılsın. Yəni əvvəlki kimi məbləğ 50 milyon olmayacaq».

S.Əliyevin fikrincə, baş verənlər ona əsas vermir ki, manatın ucuzlaşması dayandı. Manatın məzənnəsində hətta artım olsa belə, bu real əsası olmayacaq. S.Əliyevin fikrincə, MB-nin bu addımı səhvdir. «Tələbatın ödənilməsi hesabına manatı bahalaşdırmaq olmaz. Bu yalançı bahalaşma olacaqdır. Məzənnənin düşməsi yumuşaq da olsa davam etməlidir. Manatın ucuzlaşması davam edəcək. Manatın bahalaşması üçün əsas yoxdur. Dollara olan tələbatın ödənilməsi qısa müddətli effekt yarada bilər. Bununla sabitlik olmayacaq. Çünki ölkəyə gələn dollar çıxan dollardan qat-qat azdır».

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button