2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Cəmiyyət

Həsən bəy Zərdabinin oğlunun itmiş qəbri tapıldı – FOTOLAR

“Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı sosial şəbəkədə maraqlı paylaşım edib.

A.Aşırlı uzun müddətdi axtarışda olduğu milli mətbuatımızın banisi Həsən bəy Zərdabinin oğlu Səfvət bəyin məzarını tapdığını bildirib.

Onun sözlərinə görə, Səfvət bəyin Ankaranın Karşıyaka məzarlığında yerləşən qəbri baxımsız, hətta baş daşı qırılmış, sinə daşını əvəzləyən daşlar parçalanmış vəziyyətdə olub:

Saytların yığılması Saytlarin yigilmasi

“Məzarın illərlə baxımsız qaldığı aydın görünür. Nə yaxşı ki, məzarlıq məmurları, ətrafda calışan ustalar köməyimə çatdı. Rasim Yardımsevər adlı qardaşımızla birgə baş daşını bərpa edə bildik, kiçik bir təmir işi apardıq”.

Qeyd edək ki, Səfvət bəy Məlik Zərdabi Həsən bəyin 3-cü övladıdır. O, 1917-ci ilə qədər Riqa Politexnik Universitetində oxuyub, sonra təhsilini Almaniyada alıb, yüksək ixtisaslı mühəndis olub. Mühədis olmasına baxmayaraq, atasının yaradıcılığını davam etdirib. Səfvət Zərdabi 1952-ci ildə Ankarada Azərbaycan Milliyyətcilər dərnəyinin qurucularından olub, Azərbaycanın müstəqilliyinin bərpası uğrunda mücahiddir.

24 saat” “Həsən bəy Zərdabinin oğlunun itmiş qəbri tapıldı – FOTOLAR” başlıqlı yazını “Pressklub”a istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button